“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində Bakı, Mingəçevir, Ağdam və Xankəndidə yerləşən məktəblərdə təlimlər təşkil
Aztəhsil.azxəbər verir ki, məktəblərdə layihəyə cəlb olunan şagirdlər üçün “Etiket qaydaları”, “Məktəbdənkənar sosial fəaliyyətlərin təşkili və effektiv idarə olunması”, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi”, “Uşaqların zərərli informasiyadan qorunması və təhlükəsiz informasiya mühitinin formalaşdırılması”, “Milli geyim və moda mədəniyyəti”, “Milli xalq oyunları və şagirdlər arasında keçirilməsi” mövzularında maarifləndirici təlimlər keçirilib.
Təlimlər çərçivəsində şagirdlər arasında müxtəlif milli oyunlar təşkil olunub, onların asudə vaxtlarının səmərəli təşkili və milli irsin təbliği istiqamətində praktiki fəaliyyətlər həyata keçirilib.
Təlimlər Bakı şəhərində 156 və 199 nömrəli tam orta məktəblərdə, Mingəçevir şəhərində Səməd Vurğun adına 16 nömrəli və Noel Ahəngari adına 13 nömrəli tam orta məktəblərdə, Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində, Xankəndi şəhərində isə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə keçirilib.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə keçirilir.



























