Təhsil sistemimiz niyə bərbatdır?
Azərbaycanın təhsil sistemini müstəqillik dövründə normal bir məcraya yönəltmək mümkün olmayıb. Hər kəs öz həyatında və mediada, sosial şəbəkələrdə yazılanlardan görür ki, həm şagirdlər, həm tələbələr, həm müəllimlər, həm də valideynlər kütləvi şəkildə “təhsil psixozu” yaşayırlar.
Bu dərin mövzuya heç giriş belə vermək istəmirəm,çünki illərdir bərbad təhsil batağlığının içindən çıxa bilmirik onsuz.
Mövzumuz bərbad halda olan məktəblərimizdir. Büdcədən milyonların ayrılmasına baxmayaraq,hələ də məktəblərdəki təmir-tikinti ilə bağlı problem tam həll olunmayıb. Hələ də istifadəyə yararsız halda, uçulub-dağılmış, darısqal, müasir tələblərə cavab verməyən məktəblər qalmaqdadır.
Xaçmaz payonunun Ağtala kənd məktəbinin miskin vəziyyəti adamı dəhşətə gətirir. Emin Əmirullayevin diqqətinə çatdırırq ki,belə məktəblərin sayı kifayət qədərdir.Setifikasiya,MİQ imtahanlarından biraz başınız ayılan kimi belə problemlərlə də maraqlanın. Axı deyilənə görə təhsil millətin gələcəyidir.

























