Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

BDU-da “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” adlı tədbir keçirilib

BDU-da “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” adlı tədbir keçirilib.
BDU-dan "tehsilmedia.info”a bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxışında bildirib ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür: “1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən ölkəmizdə “Respublika Günü” kimi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib və mayın 28-i “Müstəqillik Günü” elan edilib. Müstəqil və qalib Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir.
Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində öz şücaətini bütün dünyaya nümayiş etdirməklə, parlaq Zəfərə imza atıb.
BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının (Humanitar fakültələr üzrə) dosenti Boran Əziz “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” mövzusunda məruzə edib. O deyib ki, Xalq Cümhuriyyətinin qurucuları çar Rusiyasının məqsədyönlü şəkildə müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda yoxdan dünyəvi dövlət yaratdılar. Bu, müsəlman Şərqində ilk belə cürətli addım idi. Nəticədə buna qədər yalnız coğrafi məfhum olan Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi.
Tədbirin sonunda “Müstəqillik Günü”nə həsr olunan videoçarx nümayiş olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər