Xəbər lentiwidget-title-icon

BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev

ETN niyə çörəyi çəkməçiyə verir?

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Peşə Təhsilinin İnkişafı Fondu ümumi dəyəri 2 milyon manata yaxın olan təlim yönlü layihəni ETN məmurlarının qohumlarının məxsus MMC ilə bağlayıb. KİV-lərin verdiyi məlumata görə, hər iki satınalma açıq tender keçirilmədən – “bir mənbə” üsulu ilə reallaşdırılıb. Söhbət dövlət büdcəsi hesabına maliyyələşən layihələrdən gedir.

Müqavilələrdən biri qısamüddətli təlimlərin təşkili ilə, digər müqavilə isə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində peşə hazırlığı kurslarını əhatə edir.

Satınalmaların hər ikisi rəqabət proseduru keçirilmədən həyata keçirilib. “Bir mənbədən” satınalma o deməkdir ki, dövlət qurumu alternativ təklifləri müqayisə etmədən birbaşa seçilmiş şirkətlə müqavilə bağlayır.
Qanunvericilik belə imkanı istisna hallarda nəzərdə tutur.

ETN universitetləri onların heç bir maliyyə bazası olmadan icbari qaydada PHŞ etdi. Bu layihəni 2-3 univetsitet arasında bölmək olmadımı?

Necə olur ki, ETN-nin akkreditasiyasından keçən, bakalavr və magistr hazırlayan universitetlər yox, heç bir rəsmi təhsil akkreditasiyası olmayan MMC 20 ildir ki, davamlı olaraq TN və ETN-nin yaxından himayəsi ilə belə böyük layihələr ala bilir?

Yaxşı yadımdadır, 13 il əvvəl TN-dən gənc bir menecer (hansısa özəl kursdan TN -ə transfer edilmişdi), bizim universitetə bir təkliflə gəlmişdi. Rektor onunla görüşüb məsəlini müzakirə etməyi mənə həvalə etmişdi. Görüşdük, biz onunla tanış idik.Məni 1-2 ay əvvəl nazirliyə dəvət etmişdilər, məsləhət almaq üçün, onda tanış olmuşduq.

Təklif məktəb direktorları üçün təlimlərin keçirilməsi ilə əlaqədar idi. Gənc menecerə dedim ki, yaxşı təşəbbüsdür, bizim universitetdə (yəni, ADPU-da) uzun müddət məktəb direktorlarının ixtisasartırma fakültəsi və bu adda kafedra olub. Təcrübəmiz və kadrlarımız var. TN "elçi"si dedi ki, biz bu təlimlərin təşkilinə ADPU ilə birgə bir QHT-ni də cəlb edəcəyik, pulu onlara köçürdəcəyik, təlimləri isə siz aparacaqsınız. Maliyyə pozuntusu və universitetin reputasiyasının zədələnəcəyini hiss etdim. O qurumun adını eşidəndə isə mən bu təklifdən qəti imtina etdim. Dedim ki, 90 illik universitet ildə 4000 müəllim hazırladığı halda, 200 məktəb direktoruna 10 günlük təlim keçə bilməyəcəkmi? Bu QHT bizə lazım deyil. Həm də bu QHT əvvəlki nazirin vaxtında TN-dən hər il milyonlarla dəyərində layihələr alıb və keyfiyyətsiz icra edib, KİV-lərdə bu haqda çoxlu məqalələr dərc edilib. Bu səbəbdən biz universitetimizin adının belə bir qurumla birgə hallanmasına razı deyilik.

Siz istəsəniz TN olaraq, belə şübhəli maliyyə əməliyyatını o qurumla davam etdirə bilərsiniz, amma bizsiz ya da biz tək icra edəcəyik.

Sonra rektora söhbətin məzmununu bildirəndə, mənə dedi ki, düz demisiniz. Heç mən də razı olmazdım buna, həm də o qurum haqqında mən də neqativ məlumatlar eşitmişəm.

Beləliklə TN ilə bu şübhəli "əməkdaşlıq" alınmadı. Amma o QHT bu günə qədər də TN və ETN "tərəfdaşı"dir, yenə də hər il nazirlikdən milyonlarla manatlıq layihələr alır. Düzdür indi adını dəyişib, amma texnologiya dəyişməyib, nə ETN-də, QHT -də.
İndi o məmur da, QHT sədri də çox yüksək postlardadılar. Universitetlər isə PHŞ olaraq qəpiyə güllə atır, maaşları da heç artıra bilmir.

Oxşar xəbərlər

Bütün xəbərlər