Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Son 5 ildə 4 mindən çox diplom tanınmayıb - ən çox bu SƏBƏBLƏRDƏN

Xaricdə təhsil alan vətəndaşların əldə etdikləri kvalifikasiyaların ölkə daxilində tanınması məsələsi son illərdə aktuallığını qoruyub saxlayır. Qloballaşma, beynəlxalq tələbə mobilliyinin artması və xarici ali məktəblərə marağın yüksəlməsi diplomların tanınması prosesini təhsil siyasətinin mühüm istiqamətlərindən birinə çevirib.

Son beş il ərzində diplomların tanınması ilə bağlı müraciətlərin statistik göstəriciləri necə olub? Bu dövr ərzində neçə diplomun tanınmasından imtina edilib və neçə diploma müsbət rəy verilib? Diplomların tanınmaması hallarının əsas səbəbləri hansılardır?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 01.01.2021-16.02.2026-cı il tarixlərində xarici kvalifikasiyaların tanınması ilə bağlı ümumilikdə 25145 müraciət üzrə ekspertiza həyata keçirilib:

“Belə ki, Keçirilmiş ekspertizanın nəticələrinə əsasən, 20 855 müraciət üzrə müsbət rəy verilib və müraciət sahiblərinə xaricdə əldə etdikləri kvalifikasiyaların tanınmasına dair müvafiq şəhadətnamələr təqdim olunub. Digər 4 290 müraciət üzrə isə mənfi rəy çıxarılaraq həmin şəxslərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması barədə qərar qəbul edilib.

Agentlik bildirib ki, imtina hallarının əsas səbəbləri aşağıdakılardır:

"Tədris yükünün təhsil alınan ölkədə müəyyən edilmiş normativdən az olması; tədris dilinin qeyri-qənaətbəxş səviyyədə olması; həm tədris yükünün normativdən az olması, həm də tədris dili ilə bağlı uyğunsuzluq; ixtisas üzrə əhəmiyyətli fərqin mövcudluğu; diplomun autentikliyinin təsdiqlənməməsi və s.

Ölkələr üzrə müraciət sayına nəzər yetirdikdə Rusiya Federasiyası, Türkiyə Respublikası, Ukrayna, Gürcüstan və Birləşmiş Krallıq ön sıralarda yer alır. Ən çox müraciət edilən ixtisaslar isə hüquqşünaslıq, iqtisadiyyat, maliyyə, tibb və biznesin idarə edilməsidir”.

Açıqlanan statistik göstəricilər göstərir ki, son beş ildə diplomların böyük əksəriyyəti üzrə müsbət qərar verilsə də, müəyyən hissə üzrə imtina halları da kifayət qədərdir. Bu isə xaricdə təhsil almağı planlaşdıran şəxslər üçün seçilən ali təhsil müəssisəsinin, proqramın akkreditasiyasının, tədris yükünün və dil tələblərinin diqqətlə araşdırılmasının vacibliyini bir daha təsdiqləyir. Diplomların tanınması prosesində şəffaflıq və normativ tələblərə uyğunluq həm təhsilin keyfiyyətinin qorunmasına, həm də əmək bazarında ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir.

Oxşar xəbərlər

Bütün xəbərlər