Xəbər lentiwidget-title-icon

ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib

Akademik bilik yetərli deyil: şagirdlərin emosional inkişafı NƏZƏRƏ ALINMIR

Dünya İqtisadi Forumunun "Gələcəyin Peşələri" hesabatına əsasən, 2030-cu ilə qədər əmək bazarında emosional intellekt, empatiya və sosial-emosional bacarıqlar ən çox tələb olunan ilk 10 bacarıq sırasına daxil edilib.

Kanada və Cənubi Koreya kimi ölkələr artıq bu bacarıqları təhsil proqramının ayrılmaz hissəsinə çeviriblər. Sosial-emosional öyrənmə şagirdlərin öz emosiyalarını tanıması və idarə etməsi, empatiya qurması, sağlam münasibətlər formalaşdırması, məsuliyyətli qərarlar verməsi kimi bacarıqların inkişafına yönəlmiş yanaşmadır. Bu bacarıqlar həm akademik uğur, həm də gələcək əmək bazarında uğurlu olmaq üçün əsas bacarıq və keyfiyyətlər hesab olunur. Azərbaycanda isə təhsil hələ də əsasən akademik biliklərin ötürülməsi və imtahan nəticələri üzərində fokuslanıb.

Maraqlıdır, bu qlobal tələbləri nəzərə alsaq, Azərbaycan məktəblərində şagirdlərin sosial-emosional inkişafını dəstəkləyən dərslərin tətbiqi nə dərəcədə zəruridir və mövcud təhsil sistemimiz belə bir transformasiyaya nə qədər hazırdır?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.

O qeyd edib ki, fənlərin sayı azalsa və şagirdlər məktəbdə daha çox vaxt keçirsə, sosial-emosional öyrənməni həm müstəqil fənn, həm də ayrıca fəaliyyət kimi tədris prosesinə daxil etmək olar:

Rəqəmsallaşmada məktəblər hələ gecikir - “Müəllimlərin İKT bacarıqları kritikdir”

"Sosial-emosional öyrənmə adətən müstəqil fənn kimi tədris olunmur, müxtəlif dərslərin tərkibinə inteqrasiya edilir. Azərbaycanda isə orta məktəblərdə fənlərin sayı onsuz da çoxdur. Şagirdlər həm müxtəlif dərslərlə həddindən artıq yüklənir, həm də hər fənnə həftə ərzində çox az vaxt ayrılır. Üstəlik, uşaqlar ümumilikdə məktəbdə də uzun müddət qalmırlar. Belə bir təhsil sistemində əlavə bir fənn və ya ayrıca tədris saatı daxil etmək olduqca çətindir.

Lakin gələcəkdə elə bir sistem qurula bilsə ki, şagirdlər səhərdən axşamadək, məsələn, saat üçə, dördə qədər məktəbdə olsunlar, eyni zamanda fənlərin sayı azaldılsın və uşaqlar bəzi ölkələrdə olduğu kimi gündəlik altı-yeddi əsas fənn üzrə dərs alsınlar, bu halda qeyd edilən yanaşmanı tətbiq etmək mümkün olar.
Belə bir modeldə sosial-emosional öyrənmə həm müstəqil fənn, həm ayrıca fəaliyyət, həm də gündəlik 30-45 dəqiqəlik və ya bir saatlıq məşğələ kimi tədris prosesinə daxil edilə bilər və şagirdlər həmin vaxt ərzində müxtəlif inkişafetdirici fəaliyyətlərlə məşğul ola bilərlər".

Məktəb rəhbərliyi və müəllimlər bu yanaşmanı mənimsəsə, təlim fəaliyyətlərini daha məqsədyönlü və sistemli qurmaq mümkün olar:

"Hazırkı vəziyyətdə isə düşünürəm ki, sosial-emosional öyrənmə kurikulumun daxilinə inteqrasiya edilə bilər. Müəllimlər bu sahədə bilik və bacarıqlarını artıra, həmin bilikləri dərs planlarının hazırlanmasında, dərsin tədrisi prosesində, şagirdlərlə münasibətlərində, eləcə də məktəbdaxili fəaliyyət və tədbirlərdə tətbiq edə bilərlər. Beləliklə, sosial-emosional öyrənmə tədris prosesində və məktəb mühitində təbii şəkildə öz əksini tapa bilər.

Məktəb direktorları və direktor müavinləri də bu sahədə məlumatlı olsalar, hansı fəaliyyətlərin sosial-emosional öyrənməyə töhfə verdiyini daha yaxşı müəyyənləşdirə bilərlər. Onlar həm müəllimlərə bu istiqamətdə düzgün istiqamət verə, həm də məktəb tədbirlərinin məzmununu bu baxımdan zənginləşdirə bilərlər. Sosial-emosional öyrənmənin dərs prosesində və məktəb həyatında necə təzahür edə biləcəyini anlamaq məktəb rəhbərliyinə fəaliyyətləri daha məqsədyönlü və sistemli şəkildə qurmağa imkan verər. Düşünürəm ki, rəhbərlik bu yanaşmanı mənimsəsə, məktəbdə həyata keçirilən işləri bu istiqamətdə daha da zənginləşdirmək mümkün olar".

Sosial-emosional öyrənmə bizim təhsil sistemimiz üçün hələ də yeni hesab olunur:

"Sosial-emosional öyrənmə Azərbaycanda çox az tanınır. Bir çox insan ümumiyyətlə bunun nə olduğunu bilmir. Bu səbəbdən də anlayış olaraq həm şagirdlərimiz, həm də ümumilikdə təhsil sistemimiz üçün kifayət qədər uzaqdır.

Bəlkə bəzi özəl məktəblərdə bunun müəyyən tətbiqlərini müşahidə etmək mümkündür. Dövlət məktəblərində də ayrı-ayrı müəllimlərin fəaliyyətində sosial-emosional öyrənmənin müəyyən elementləri özünü göstərə bilər. Lakin ümumi mənada yanaşdıqda, bu anlayış bizim təhsil sistemimiz üçün hələ də yeni hesab olunur".

Oxşar xəbərlər

Bütün xəbərlər