Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

DİM: 935 zal nəzarətçisi bazadan çıxarılıb, 6 nəfər məsuliyyətə cəlb edilib

2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə məlumat verilib.

Bildirilib ki, bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır.

Belə ki, 346 nəfər imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə siyahıdan çıxarılıb. Sosial məzuniyyətdə olan nəzarətçilərin sayı 122 nəfər təşkil edib. Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyi və ya köçürməyə şərait yaratdığına görə, o cümlədən sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yumulması kimi hallara görə imtahan rəhbəri tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilən 159 nəfər bazadan uzaqlaşdırılıb.

Bundan başqa, cavab kartını, cavab vərəqini, sual kitabçasını və ya yazı işi vərəqini səhv verdiyinə görə 14 nəfər, imtahan iştirakçısının imtahan zalından cavab kartını, cavab vərəqini və ya yazı işi vərəqini çıxarmasına yol verdiyinə görə isə 10 nəfər nəzarətçi siyahıdan çıxarılıb. İmtahan zalında telefon aşkarlandığı və ya nəzarətçinin özü ilə imtahan binasına telefon keçirdiyi hallara görə 6 nəfər məsuliyyətə cəlb olunub.

İmtahan zalını lazımi qaydada idarə edə bilmədiyinə və imtahan zamanı iştirakçılarla söhbət etdiyinə görə 42 nəzarətçi bazadan çıxarılıb. Sənədlərlə iş bacarığı və prosedur qaydalarına dair məlumatı zəif olan, cavab vərəqini sual kitabçası zərfinə qoyan, cavab vərəqini vaxtında təhvil almayan, sual kitabçasını iştirakçıya vaxtından əvvəl verən, iştirakçını səhv yerdə əyləşdirən, iştirakçıları vaxtından əvvəl buraxan və ya imtahan zamanı zaldan çıxan nəzarətçilərin sayı 16 nəfər olub.

Etik davranış qaydalarını pozduğuna görə 14 nəfər, nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlarda iştirak etmədiyinə görə isə 25 nəfər siyahıdan çıxarılıb. Müqavilə bağlanmadığına və ya mövcud müqaviləyə xitam verildiyinə görə 23 nəfər, işdən çıxdığına və ya təqaüdə getdiyinə görə isə 114 nəfər bazadan silinib. Digər səbəblər – səhhətinin imkan verməməsi, vəfat etməsi, ölkə xaricində olması, hərbi xidmətdə olması, ailə vəziyyətinin imkan verməməsi, direktor təyin edilməsi və ya dövlət qulluqçusu olması ilə əlaqədar olaraq 44 nəfər nəzarətçi siyahıdan çıxarılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər