Xəbər lentiwidget-title-icon

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?

Məktəblilərimizi qoruyaq: Nə ifrat açıq-saçıqlıq, nə də dini basqı!

Məktəblilərimizi qoruyaq: Nə ifrat açıq-saçıqlıq, nə də dini basqı!
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.

Bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib. Məktəblərdə vahid geyim və davranış forması olması barədə müzakirələr bundan əvvəl də olub.

Modern.az daim bu məsələni diqqətdə saxlayıb və bununla bağlı çox maraqlı yazı gedib. Həmin yazıda orta məktəblərdə vahid geyim və davranış formalarına toxunulub.

Hamımız bilirik ki, məktəb ancaq bilik verilən məkan kimi qiymətləndirilməməlidir. Bunu bilməyən yoxdur. Məktəb insan yetişdirilən yerdir. Şəxsiyyətin formalaşdığı, dəyərlərin aşılandığı, gələcəyin qurulduğu məkandır. Ona görə də məktəbdə hər şey sistemli, ölçülü və məsuliyyətli olmalıdır. İnsanın gələcəyi məktəbdən başlayır.

Odur ki, vahid geyim və vahid davranış forması təsadüfi anlayış sayılmır. Bu, intizamın, bərabərliyin və tərbiyənin görünən üzüdür. Standartlar boş yerə yaradılmayıb. Onlar cəmiyyətin uzun illərin təcrübəsindən süzülüb gələn ehtiyacıdır.

Əvvəllər məktəblərdə təlim-tərbiyə üzrə direktor müavinləri vardı. Onlar təkcə dərs cədvəlinə baxmırdılar. Şagirdin davranışına, geyiminə, danışıq tərzinə diqqət edirdilər. Sinif rəhbərləri vardı və bu ad formal deyildi. Sinif rəhbəri az qala sinfin ağsaqqalı, ağbirçəyi idi.

Ədəb, ərkan deyilən anlayışlar vardı. Bunlara hamı əməl edirdi. Şagird də bilirdi, valideyn də bilirdi, müəllim də. Bu qaydalar kimisə sıxmaq üçün yox, hamını qorumaq üçün idi.

İndi baxırsan, bir şagird saqqallı gəlib məktəbə. “Öz işidir” deyib keçirik. O biri oğlan sırqa taxıb gəlir, heç nə olmamış kimi yanaşırıq. Digər oğlan az qala qız geyimi geyinib gəlir, “sərbəstlikdir” deyib göz yumuruq. Amma sual vermirik, sonra nə olacaq?

Vallah bu, sərbəstlik deyil. Bu, məsuliyyətsizlikdir, gələcəyə biganəlikdir.

Bəzən qızlarımıza baxırsan. Bəziləri çox mini geyimlə dərsə gəlirlər. Açıq-saçıq geyim məktəb mühitinə çevrilir. “Bizim qızımız deyil” deyib keçirik. Amma məktəbdə oxuyan hər qız bizim qızımızdır.

Digər tərəfdən, bəzi qızlar dini-ideoloji geyimlərlə gəlirlər. Hicab, niqab, çarşabla məktəbə gələn şagirdlər var. Yenə də “eyvallah” deyib susuruq. Amma düşünmürük ki, məktəb ideoloji yox, dünyəvi məkan olmalıdır. Məktəb uşağı cəmiyyətə hazırlamalıdır, qruplara yox. Məktəb dövlətini, xalqın maraqlarına xidmət etməlidir, hansısa gizlin qüvvələrin yox.

Ay məktəb direktorları, siz hara baxırsınız? O uşaqlar tək valideynin deyil. Onlar hamımızın uşaqlarıdır. Onlar Azərbaycanın gələcəyidir. Biz hər bir uşağa öz övladımız kimi baxmalıyıq. Sırqa taxan oğlanla dini idelogiyanı yayan hicabı, niqabı geyinən qızın heç bir fərqi yoxdur.

Vahid geyim və davranış formasını pozan hallara qarşı mövqe göstərməliyik. Susmaq məsuliyyətdən qaçmaqdır. Göz yummaq təhlükəni böyütməkdir. Vallah da belədir, billah da belədir.

Əziz valideynlər, sizin üzərinizə böyük məsuliyyət düşür. Uşağı məktəbə göndərib məsuliyyəti tam məktəbin üzərinə atmaq olmaz. Evdə tərbiyə verilməyən uşaq məktəbdə möcüzə yaratmır. Uşaqlarınızın geyiminə, davranışlarına xüsusi diqqət edin. Valideyn məktəblə eyni cəbhədə dayanmalıdır.

Bu məsələdə yad təsirlərə qarşı da ayıq olmalıyıq. İfrat açıq-saçıqlıq, dini ideoloji basqı uşaqlar üçün doğru yol deyil. Bizim balalarımız ideologiya üçün yox, Vətən üçün böyüməlidir.

Gəlin hamılıqla gül balalarımızı qoruyaq. Onları həm açıq-saçıq geyimdən, həm də ideoloji geyim təzyiqindən uzaq saxlayaq. Çünki gələcəyimiz onların çiyinlərindədir. Onları qorumaqla əslində öz gələcəyimizi qoruyuruq. Onları doğru istiqamətləndirmək Azərbaycanın gələcəyini qorumağımız deməkdir.

Məktəbdə vahid geyim və davranış forması olmalıdır. İnanın, bu, qadağa deyil, qayğıdır, məhdudiyyət deyil, məsuliyyətdir. Və bu məsuliyyət hamımızındır.

Çünki bu gün vahid geyim və davranış həddimizi bilməsək, sabah hərəkətlərimizi tənzimləməyi bacarmayacağıq. Bu gün bu məsələlərin qarşısını almasaq sabah gec olacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər