Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

BDU-da şair Qəşəm Nəcəfzadə ilə görüş olub - FOTO

BDU-da şair Qəşəm Nəcəfzadə ilə görüş olub - FOTO

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Televiziyasının “Mədəniyyət” kanalının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
tehsilmedia.info xəbər verir ki, BDU-nun redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan tədbir barədə məlumat verərək bildirib ki, bu cür görüşlərin keçirilməsi tələbələrin vətənpərvərlik ruhunun, mütaliə mədəniyyətinin, estetik zövqünün formalaşmasında və eləcə də onların sosial fəallıqlarının artmasında mühüm rol oynayır. Knyaz Aslan tanınmış şair Qəşəm Nəcəfzadənin çağdaş ədəbiyyatımızdakı rolundan bəhs edib. Bildirib ki, Qəşəm Nəcəfzadə ədəbiyyatımızda istedadlı şair, publisist kimi imzasını təsdiqləyib: “Qəşəm Nəcəfzadə, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı bölməsinin rəhbəri və “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri kimi də səmərəli fəaliyyət göstərir. O, həmçinin Azərbaycan ədəbiyyatını beynəlxalq poeziya festivallarında layiqincə təmsil edir”.
Diskussiya şəraitində keçirilən görüşdə müəllifin və tələbələrin ifasında şeirlər səsləndirilib, qonağa çoxsaylı suallar ünvanlanıb. Görüşün təşkilinə görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirən Qəşəm Nəcəfzadə vurğulayıb ki, o qalib ölkənin yazarı olduğu üçün bu günlər xüsusilə qürurludur: “Vaxtilə torpaqlarımız işğal olunanda ağrı-acı dolu şeirlər yazmışdım. Şükürlər olsun ki, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu və mən gedib Şuşada qələbə şeirimi oxudum”.
İştirakçıların böyük marağına səbəb olan görüşün sonunda şair Qəşəm Nəcəfzadə imzalı kitablarını tələbələrə hədiyyə edib.

BDU-da şair Qəşəm Nəcəfzadə ilə görüş olub - FOTO
BDU-da şair Qəşəm Nəcəfzadə ilə görüş olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər