Xəbər lentiwidget-title-icon

6 ildir müəllimlərin maaşı artmır!!! ƏDALƏTSİZLİK!!!
Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib
“Bu layihə vaxtında reallaşsaydı, bu gün Türk dünyası rəqəmsal sivilizasiya qurucuları sırasında ola bilərdi...”
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib
Məktəblilər arasında şahmat turniri keçirilib
Vətənpərvərlik layihəsinə start verilib
12 nəfər imtahandan xaric olunub -DİM
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT
İxtisas qrupları tənqid olundu - “dünyada belə sistem yoxdur”
Xəstələr üçün hazırladıqları forma ilə qələbə qazandılar – indi ISEF-ə hazırlaşırlar
Nihat Məcidov: Alimlərə patentləşmədə dəstək göstəriləcək
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
Rektor: İnklüziv təhsil ali məktəblərin qarşısına ciddi vəzifələr qoyur
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb
Mətbəxdə 180 dəqiqəlik mübarizə: Şanxaya gedəcək aşpaz seçildi
Lökbatandakı 233 nömrəli məktəblə bağlı sensasiya: Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?
Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir
Lənkəranda “Sağlam və dayanıqlı şəhər naminə” ağacəkmə aksiyası təşkil edilib
Nadir şah haqqında yeni kitab təqdim olundu
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb. AzEdu.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Peşəkar MÜHASİB sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Diplomlu, amma işsiz: “İşəgötürənlər təhsilə yox, bacarığa baxır”
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş

Tamştat işləyən müəllimlərin maaşı 1000-dən çox ola bilər

Son günlərin əsas müzakirə mövzusu müəllimlər üçün yeni təhsil modelinin tətbiq olunmasıdır. Yeniliyə əsasən, müəllimlərin iş saatı 09:00-dan 18:00-a qədər müəyyənləşdiriləcək. Lakin bu, bir sıra suallar doğurur. Məsələn, Azərbaycan dili, ədəbiyyat və riyaziyyat kimi fənlərin dərs saatı daha çox olduğu halda, təsviri incəsənət, texnologiya və musiqi kimi fənlər həftədə cəmi bir dəfə tədris olunur.

Bu vəziyyətdə hər iki kateqoriyaya aid müəllimlərin axşam saat 18:00-a qədər məktəbdə qalacağı hələ məlum deyil. Ümumiyyətlə, bu sistemin necə tənzimlənəcəyi və iş yükünün necə balanslaşdırılacağı hələ də açıq sual olaraq qalır.

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev danışıb.

O, bildirib ki, müəllimlərin tamştat fəaliyyət göstərməsi onların 1000-dən çox maaş almalarına imkan yaradacaq:

"Bu layihə artıq qərarlaşıb. Ehtimal olunur ki, bundan sonra müəllimlərə əməkhaqqı dərs saatına görə deyil, iş saatına görə veriləcək. Bu il isə başlanğıc olaraq könüllülük prinsipi əsas götürülür. Yəni müəllim könüllü şəkildə bu layihəyə qoşulmaq istəyirsə, əlbəttə ki, qoşulacaq; qoşulmaq istəməyən müəllimlər isə yəqin ki, layihədən kənarda qalacaqlar. Burada əsas məqam könüllülük prinsipidir, icbarilik və məcburiyyət yoxdur.

Hesab edirəm ki, bu layihə bütün müəllimləri əhatə etməsə də (narazı olanlar da var, razı olanlar da), xüsusilə yeni işə başlayan, 4-5 illik stajı olan, repetitorluq fəaliyyəti göstərməyən və ya özəl kurslarda işləməyən müəllimlər üçün yaxşı alternativ olacaq. Onlar rahatlıqla bu layihəyə qoşulub 1000 AZN əməkhaqqı və ondan yuxarı maaş almaq imkanına malik olacaqlar".

Təfərrüatlar yəqin ki, zamanla açıqlanacaq:

"Vaxt məsələsinə gəldikdə isə, hələ tam dəqiqləşməyib. Belə ki, ümumi təhsil məktəblərində dərslər saat 08:00-da başlayır. İş rejimi 08:00-da başlayan müəllim axşam saat neçədə çıxacağı hələ müəyyən olunmayıb. Təfərrüatlar yəqin ki, zamanla açıqlanacaq.

Hesab edirəm ki, layihə tədris ilinin əvvəlindən deyil, tədrisin ortasında, noyabr ayında qərarlaşdırıldığı üçün bu il könüllülük əsasında müraciət edənlər müəyyənləşəcək. Yəqin növbəti tədris ilindən layihə tam şəkildə fəaliyyətə başlayacaq; bu, mənim şəxsi fikrimdir.

Amma ümumilikdə mən müəllimin saat 18:00-a qədər işdə qalmağın tərəfdarı deyiləm. Bir müəllimi səhər 8-dən və ya 9-dan axşam 6-ya qədər məktəbdə saxlamaq mənim fikrimcə düzgün deyil. Xüsusilə də müəllimləri 16:00-a, maksimum 17:00-yə qədər saxlamaq daha uyğundur. Əgər müəllim saat 8-də dərsə gəlirsə, onun iş saatı 16:00-da, saat 9-da gəlirsə, 17:00-da bitməsi daha məntiqlidir. Onsuz da müəllim günortaya qədər dərsdə olur. Günortadan sonra isə düşünürəm ki, 2-3 saat onların digər işlərini rahat şəkildə görməsi üçün kifayətdir.

Əslində, bu layihə beynəlxalq təcrübədə mövcuddur və uğurla tətbiq olunan bir modeldir. Hesab edirəm ki, biz də yaxın gələcəkdə bunun müəyyən nəticələrini görə biləcəyik. Lakin bu nəticələrin görünməsi üçün mütləq tədris proqramı dəyişməlidir. Əgər tədris proqramı dəyişməzsə, bu layihənin müsbət tərəflərini tam şəkildə görə bilməyəcəyik".

Məsələ yalnız o halda aktual və səmərəli olacaq ki, tədris proqramı və ümumilikdə təhsil sistemi müəyyən qədər dəyişsin:

"Hazırda yuxarı sinif şagirdlərinə bu layihə o qədər də müsbət təsir etməyəcək. Çünki yuxarı siniflərdə orta ümumtəhsil proqramı ilə Dövlət İmtahan Mərkəzinin proqramı arasında fərq var. Bu fərq şagirdlərin məktəbdən yayınmasına səbəb olur. Əgər proqram dəyişməzsə, qəbul imtahanı proqramı ilə məktəb proqramı uyğunlaşdırılmazsa, tədris sistemi yenilənməzsə, bu layihə də böyük əhəmiyyət daşımayacaq.

Əgər sistemdə dəyişiklik olarsa, yuxarı sinif şagirdlərini ali təhsil müəssisələrinə qəbul istiqamətində qruplaşdırarıq və tədrisi qrup formasında proqramlaşdırarıqsa, onda layihənin müsbət təsiri olacaq. Çünki günortadan sonra həmin qruplarla əlavə dərslər və məşğələlər keçmək mümkün olacaq və imkanlar genişlənəcək.

Hazırda isə biz yuxarı sinif şagirdlərini normal dərs saatlarında belə məktəbə cəlb edə bilmirik. Günortadan sonra əlavə məşğələlərə onları necə cəlb edəcəyimiz isə ayrıca bir problemdir. Bu məsələ yalnız o halda aktual və səmərəli olacaq ki, tədris proqramı və ümumilikdə təhsil sistemi müəyyən qədər dəyişsin".

Oxşar xəbərlər

Bütün xəbərlər