Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Yardımlıdakı məktəbin uçuq binası ilə bağlı AÇIQLAMA

Ötən günlərdə sosial şəbəkələrdə Yardımlı rayonu Məlikli kənd tam orta məktəbinin uçuq-sökük sinif otağı geniş müzakirələrə səbəb olub.

Maraqlıdır, sözügedən məktəbin təmiri üçün vəsait nəzərdə tutulubmu?Ümumiyyətlə, məktəbin təmirinə nə zaman başlanacaq?

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır:

"Bu il ərzində cari və əsaslı təmir işləri təhsil müəssisələrinin 69-da yekunlaşıb, 25-də davam edir, 3-də isə planlaşdırılır. Bununla yanaşı Astara rayonunun Sərək, Lerik rayonunun Cəngəmiran və Cəlilabad rayonunun Göytəpə şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin yeni binaları tikilərək istismara verilib. Lənkəran şəhər 9 nömrəli və Viyən kənd, Astara rayonunun Şümrüd kənd məktəblərinin də istismara verilməsi planlaşdırılır.

Ünvanladığınız sorğu ilə bağlı bildiririk ki, 35 şagirdin təhsil aldığı Yardımlı rayonu Məlikli kənd ümumi orta ümumtəhsil məktəbinin binası əsas və yardımçı olmaqla iki korpusdan ibarətdir. 2006-cı ildə istifadəyə verilən əsas korpusda bu il cari təmir işləri aparılıb və təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Qeyd edirik ki, təhsil müəssisəsinin sosial mediada şəkilləri yayılmış yardımçı korpusunun vəziyyətindən xəbərdarıq. Bu korpus binasının təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb. Təhsil müəssisəsinin iş rejimi dəyişdirilərək, birnövbəli rejimdən ikinövbəli rejimə keçid edilib və bütün dərslərin cari ildə təmir edilmiş əsas korpusda tədris edilməsi təmin edilir",- deyə idarədən məlumat verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər