Xəbər lentiwidget-title-icon

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA

Məktəbdə qiymət bazarlığı: Şagirdlərin təhsil hüququ rüşvətə qurban gedir

Yasamal rayonu 308 saylı məktəbdə baş verən hadisələr valideynlərin və ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məlumatlara görə, bir qrup şagirdin təhsil hüququ məktəbdə çalışan müəllim Təranə Məmmədovanın qanunsuz hərəkətləri ucbatından pozulub.

Vətəndaş Süleymanov Teymur bildirir ki, oğlu Süleymanov Yusif Teymur oğlu 2024–2025-ci tədris ilində buraxılış və blok imtahanlarını verərək məktəbi bitirib. Lakin ixtisas seçimi mərhələsində sistemdə “təhsil sənədi təsdiqlənməyib” qeydi çıxıb və şagird ali məktəbə sənəd verə bilməyib.

TəhsilMedia.az qeyd edir ki, valideynin sözlərinə görə, bu vəziyyət təkcə onun övladının başına gəlməyib. Eyni hal daha 4 şagirdin də təhsil hüququnu pozub. Məsələnin kökündə isə rüşvət və saxta qiymətləndirmə dayanır:

“Təranə Məmmədova valideynlərə açıq şəkildə deyirdi ki, 2000 manat versəniz, övladınıza 4 yazaram, əks halda jurnalda qayıb kimi göstərəcəyəm. Biz buna razı olmadıq, nəticədə övladımızın sənədi təsdiqlənmədi. Bu gün Yusif kimi Kərimov Emil və daha iki şagird də eyni durumdadır.”

TəhsilMedia.az bildirir ki, araşdırmalara görə, bəzi şagirdlərin jurnal qiymətləri ilə attestat qiymətləri arasında ciddi uyğunsuzluq var. Yəni sənədlərdə qiymətlər dəyişdirilib, süni şəkildə şagirdlərin nəticələri “yaxşılaşdırılıb”.

Valideynlər hesab edir ki, bu cür hallara göz yumulması məktəblərdə sistemli korrupsiya mühitinin yaranmasına səbəb olur. Onların fikrincə, bir müəllimin şəxsi maraqları nəticəsində bir neçə gəncin təhsil arzusu puça çıxıb.

Süleymanov Teymur bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi müraciət ünvanlayıb. O, məsələni ictimailəşdirməkdə məqsədinin yalnız övladının deyil, bütün zərərçəkmiş şagirdlərin hüquqlarının bərpası olduğunu vurğulayır:

“Bizim övladlarımız bu ölkənin gələcəyidir. Bir müəllimin rüşvətgir davranışı neçə ailənin ümidini qırmamalıdır. Mən istəyirəm ki, bu məsələ araşdırılsın, günahkar cəzalandırılsın və uşaqların təhsil hüququ bərpa edilsin.”

Hazırda valideynlər aidiyyəti qurumlardan 308 saylı məktəbdə qiymətləndirmə prosesinə və attestatların təsdiqinə dair təcili araşdırma aparılmasını tələb edirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər