Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bu günlərdə Avropa çempionatının qalibi olmuş Azərbaycan İdman Akademiyasının futzal komandası ilə görüş olub.

AHİK-dən AzEdu.az-a bildirilib ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və onların məşqçilərini Avropa Universitetləri Futzal Çempionatda əzmkarlıq nümayiş etdirərək qızıl medal qazanmaları münasibətilə təbrik edib, onlara yeni qələbələr arzulayıb. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur. Konfederasiya sədri qazanılan uğurun ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov komandanın uğurunda AHİK-in rolunu qeyd edib. Nazir müavini Akademiyanın futzal komandasının Xorvatiyada keçirilən çempionatda güclü rəqiblər üzərində qələbəsinin tarixi uğur olduğunu vurğulayıb.

Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov isə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, bu sahənin inkişafı üçün yaradılan şəraitdən bəhs edib.

Komanda üzvləri görüşdə çempionat barədə təəssüratlarını bölüşüblər. Futzalçılar qarşıdakı yarışlarda da ölkəmizi layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq əzmində olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında keçirilən Avropa Universitetləri Futzal Çempionatında bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib. Komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, eləcə də Azərbaycan İdman Akademiyasının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər