Xəbər lentiwidget-title-icon

"Bəzi müəllimlər bu prosesi ağır keçirəcək" - Əməkdar müəllim
Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Firudin Qurbanov: Media savadlılığı yeni dövrün əsas tələbinə çevrilir
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanIarın SAYI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür
Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir

Süni intellekt ailələri DAĞIDIR?.. - Yeni təhlükə ilə üz-üzəyik

Müasir dövrdə texnologiyanın insan münasibətlərinə təsiri getdikcə daha çox diqqət çəkir. Hətta bəzən süni intellektlə olan ünsiyyət real münasibətlərin önünə keçir. Real nümunələr göstərir ki, bu gün cütlüklər ailədaxili problemləri, münasibətlərdəki çətinlikləri ChatGPT-yə danışır, həll yollarını, dəstəyi süni intellekdən umur. Bu da ailə üzvləri arasında bağların qopmasına, ciddi problemlərin yaranmasına gətirib çıxara bilir.

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Nizami Orucov hesab edir ki, belə davranışlar əslində cəmiyyət üçün "siqnal" xarakteri daşıyır.

“İnsan - istər qadın, istər kişi olsun özünü yaxınından emosional olaraq uzaq hiss etdikdə, alternativ bir “dinləyici” axtarır. Süni intellekt burada təhlükəsiz dinləyici roluna keçə bilir. Lakin bu, heç vaxt real münasibətin yerini tuta bilməz. Çünki süni intellekt anlayışla cavab versə də, hiss edə bilmir və münasibətin dərin kontekstini duymağı bacarmır”.N.Orucov qeyd edib ki, süni intellekt verilən məlumata əsaslanaraq analiz aparır. Halbuki nəzərə almaq vacibdir ki, ailədaxili münasibətlər yalnız faktlardan ibarət deyil:

“Keçmiş travmalar, emosional nüanslar, sosial rollar, gözləntilər, səssizliklər və bədən dili kimi bir çox faktorlar var ki, bunları yalnız insanların münasibətində anlamaq mümkündür. ChatGPT sizi dinləyə bilər, empatiya ifadə edə bilər, ancaq susqunluğunuzun arxasındakı təcrübələri təxmin edə bilməz”.

Psixoloqun fikrincə, süni intellekt münasibətləri pozan səbəb deyil, nəticədir:

“Əgər bir münasibətdə emosional bağ artıq zəifləyibsə və tərəflər bir-biri ilə deyil, texnologiya ilə daha çox ünsiyyətdədirsə, bu artıq bir soyuqluq siqnalıdır. İnsan əslində yoldaşından əvvəlcədən uzaqlaşıb, sadəcə indi bu boşluğu süni ünsiyyətlə doldurmağa çalışır. Yəni texnologiya bu uçurumu yaratmır, sadəcə görünən edir”.

Bu prosesin fəsadlarına toxunan psixoloq vurğulayıb ki, texnoloji "təskinlik" insanın real münasibətlərdəki problemlərdən qaçmaq meylini artırır. Konfliktləri həll etmək və birbaşa ünsiyyət əvəzinə, şəxs anlaşıldığını düşündüyü süni intellektlə təskinlik tapmağa çalışır. Bu isə münasibətləri daha da passiv və əlaqəsiz hala gətirə bilər:

“Digər tərəfdən, süni intellektin verdiyi cavablar bəzən yanlış və ya kontekstdən uzaq ola bilər. Bu da insanı səhv qənaətlərə aparır. Üstəlik, bu texnoloji "təskinlik" uzunmüddətli deyil, çünki insanda toxunmaq, baxmaq, birlikdə yaşamaq və emosional qarşılıqlılıq ehtiyacı həmişə qalır”.

Psixoloq sonda mövcud vəziyyətdən çıxış yolu kimi balansı qorumağı və texnologiyadan düzgün şəkildə istifadə etməyi tövsiyə edib:

“Süni intellekt psixoloji maarifləndirmə, düşüncə dəstəyi və özünü dərk üçün faydalı ola bilər. Lakin münasibətin özü ola bilməz. Cütlüklər bir-birinə zaman ayırmalı, dinləməli və anlaşmağa çalışmalıdır. Əgər münasibətdə çətinliklər varsa, açıq dialoqlar qurmaq, birgə hədəflər təyin etmək və psixoloq dəstəyindən yararlanmaq vacibdir. Axı biz insanlar texnologiyanın deyil, bir-birimizin sevgisinə və anlayışına ehtiyac duyuruq”.

Məsələ ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev isə deyib ki, bütün bunlara görə, kütləvi informasiya vasitələrində (KİV) müəyyən süzgəc mexanizmləri tətbiq olunmalı, ailə dəyərlərini sarsıdan məzmunların yayılması məhdudlaşdırılmalıdır. Belə ki, biz bəzi hallarda süni intellekt texnologiyalarından istifadə olunaraq ailə institutuna qarşı manipulyativ yanaşmaların təşviq edildiyini görürük. Elə bu səbəbdən Prezident İlham Əliyev 19 mart 2025-ci ildə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellektlə bağlı Strategiyası”nı təsdiqləyib. Həmin milli strategiyada açıq şəkildə göstərilir ki, süni intellektin istifadəsində etik çərçivələr, təhlükəsizlik riskləri və hüquqi məsuliyyət məsələləri xüsusi yer tutur. Sosioloq, həmçinin sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul olunmasını təklif edib:

“Düzdür, Azərbaycan Cinayət Məcəlləsində sosial şəbəkə seqmentini nəzərə alan bəzi dəyişikliklər edilib. Məsələn, Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olunub. Eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 37-ci maddəsində, Mülki Məcəllənin 3-cü maddəsində və Media haqqında qanunun 14-cü maddəsində də bu məsələlərə toxunulub. Eləcə də, Telekommunikasiya haqqında qanunda bu istiqamətdə dəyişikliklər nəzərdə tutulub”.

Ü.Şəfiyevin sözlərinə görə, bəzi istifadəçilər sosial şəbəkələri qarmaqarışıq "boşluq məkanı" kimi qəbul edir və orada məsuliyyətsiz,eyni zamanda zərərli paylaşımlar edirlər. Bu isə yolverilməzdir:

“Unutmayaq ki, ailə təkcə iki nəfərin münasibətindən ibarət deyil. Ailə - cəmiyyət, dövlət və toplum üçün strateji prioritetdir. Ailə sabit və sağlam olanda psixoloji rifah, sosial təhlükəsizlik təmin olunur və boşanmaların sayı azalır. Əks halda cəmiyyət də, dövlət də zəifləyir. Bu səbəbdən yalnız dövlət deyil, ictimaiyyət, media və vətəndaş cəmiyyəti də ailə dəyərlərinin qorunması üçün birlikdə çalışmalıdır. Televiziya proqramlarında ailə dəyərlərinə həsr olunmuş verilişlər daha çox yer almalıdır. Sosial şəbəkələrdə isə nəzarət mexanizmləri gücləndirilməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər