Xəbər lentiwidget-title-icon

ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib

Bu fənn üzrə imtahanın nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək

Təsviri sənət istiqamətinin Dizayn (14) və Dekorativ sənət (15) komissiyaları üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-dan etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 iyul saat 10:00-dan 9 iyul saat 17:00-dək “apelyasiya.dim.gov.az” saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər imtahanın nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Əvvəlki illərin təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsələr də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt edilməsini xahiş edirlər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmır. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya prosesi təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir.

Müraciətlərə “Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə baxılır. Bir abituriyentin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Abituriyentlərin görüş üçün təyin olunmuş vaxtdan 15 dəqiqə əvvəl proqrama qoşulması xahiş olunur. Görüşə qoşulmaqdan imtina edən abituriyentlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur.Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə görüşünün video və səs yazısı aparılır.

Təsviri incəsənət müəllimliyi ixtisasının daxil olduğu 13-cü komissiya üzrə apellyasiya müraciətlərinin də elektron ərizəni doldurulmaqla qeydiyyatının aparılması nəzərdə tutulur. 13-cü komissiya üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiya prosesləri imtahandan sonrakı 1-3 iş günü müddətində imtahan keçirilən binada təşkil edilir. Apellyasiyanın tarixi, saatı və apellyasiyası təşkil edilən komissiya, fənn barədə məlumat DİM-in rəsmi saytında (həm xəbər kimi, həmdə qabiliyyət imtahanları ilə bağlı təqvimdə), imtahan binasının girişində vurulmuş elanda verilir.

Qeyd: İstiqamət üzrə yalnız elan edilən tarixdə apellyasiya müraciətləri qəbul olunur.

Oxşar xəbərlər

Bütün xəbərlər