Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Apellyasiyaya müraciət nə zaman başlayır? - DİM

Apellyasiyaya müraciət nə zaman başlayır? - DİM

Xəbər veriyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bəzi abituriyentlər topladığı bala görə Apellyasiya Komissiyasına müraciət etmək istəyirlər.

Abituriyentlər Apellyasiya Komissiyasına nə zaman fəaliyyətə başlayacağı ilə bağlı kütləvi suallar ünvanlayırlar.

Məsələ ilə bağlı Dövlət İmahan Mərkəzindən bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 16‑18 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər:

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Qeyd edək ki, 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin 15 – 19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər