Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

ADNSU-nun “SOCAR Polymer” MMC ilə əməkdaşlığı genişlənir

ADNSU-nun “SOCAR Polymer” MMC ilə əməkdaşlığı genişlənir

Aprelin 29-da “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-dan AzEdu.az-a verilən məlumata görə, görüş çərçivəsində rektor dosent Rüfət Əzizov universitetin tədris imkanları, ikili diplom proqramları və sənaye ilə əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. O, universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayıb və “SOCAR Polymer” MMC ilə birgə fəaliyyətə maraqlı olduqlarını bildirib.

Müzakirələr zamanı müəssisələrdə çalışan mütəxəssislərin universitetə dəvət olunaraq tələbələrə praktiki dərslər keçməsi və öz təcrübələrini onlarla bölüşməsi imkanları nəzərdən keçirilib. Həmçinin qeyd olunub ki, ADNSU tərəfdaş ali təhsil müəssisəsi kimi sənaye qurumları ilə birgə mühüm layihələr həyata keçirmək və yeni təşəbbüslərlə çıxış etmək potensialına malikdir.

“SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov qeyd edib ki, hazırda neft sənayesi də daxil olmaqla bir sıra sahələrin inkişafında ADNSU-nun yetişdirdiyi mütəxəssislər mühüm rol oynayır. O, energetika, elektronika, mexanika və digər texniki ixtisaslar üzrə peşəkar kadrlara hər zaman ehtiyac olduğunu deyib. Direktor bildirib ki, müəssisənin genişlənməsi ilə əlaqədar olaraq kadr potensialının da artırılması xüsusi əhəmiyyət daşıyır.

O, həmçinin qeyd edib ki, hazırda müəssisədə çalışan əməkdaşların bir qismi vaxtilə “SOCAR Polymer”də təcrübə keçmiş tələbələrdir və bu gün onlar artıq peşəkar mütəxəssislər kimi fəaliyyət göstərirlər. Müxtəlif təcrübə proqramları və digər əməkdaşlıq istiqamətləri üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını və bu əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gələcək perspektivlər və birgə həyata keçirilə biləcək layihələr müzakirə olunub, bu istiqamətdə yol xəritəsi müəyyən edilib.

Sonda qonaqlar ADNSU-nun laboratoriyaları və kompüter otaqları ilə tanış olublar və mövcud maddi-texniki bazanı yüksək qiymətləndiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər