Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...

Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...

Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ...
Ötən həftə təhsil eksperti, keçmiş deputat Etibar Əliyev Elm və Təhsil naziri Emin Əmrullayevi tənqid etdi, onu təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verməkdə qınadı.
Etibar Əliyev təhsil sektoruna vəzifəyə gətirdiyi şəxslərin əməllərindən pedaqoqların insult və infarkt keçirdiklərini,neçə-neçə müəllimlərin dövlət orqanlarına şikayət etdiklərini,prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin isə sayı-hesabının olmadığını vurğuladı,KİV-lər də məlum fikirləri tirajladı.

Digər təhsil eksperti isə "nazir Emin Əmrullayev başda olmaqla, onlar üçün təlim-tərbiyə maraqlı deyil.Onlar təhsilə biznes kimi baxırlar. Hansı təlimi tətbiq etməklə gəlir əldə etmək olar deyə düşünürlər,"-fikrini səsləndirdi.

Faktinfo.az saytı xəbər verir ki,Elm və Təhsil naziri Emin Əmrullayev haqqında səsləndirilən fikirlərin müəyyən mənada həqiqətlə əlaqəsi var və görünür,hardasa, nazirin səmimiyyətindən sui-istifadə hallarının olduğu,ona yanlış məlumatların verilməsi halları özünü pis mənada göstərir.Çünki, nazir təhsilin müxtəlif pillələrindən, problemlərindən danışarkən özü də müxtəlif etiraflarda bulunur.

Demək ki, problemlər mövcuddur.Düzdür, onun bu yanaşma tərzi səmimiyyətindən,etiraf etmək mədəniyyətindən, eləcə də təvəzökar şəxs olduğundan qaynaqlana bilər. Amma bu o demək deyil ki,Elm və Təhsil naziri Emin Əmrullayev artıq sosial şəbəkələrin müzakirə etdiyi,saytların tirajladığı,təhsil ekspertlərinin vurğuladığı bu önəmli halı nəzərə almamalıdır. Bəlkə onun ətrafına nəzər yetirməsinin vaxtıdır? Bəlkə artıq ona verilən informasiyaları birmənalı qəbul etməyib, dəqiqləşdirməlidir? Bəlkə o,daha çox kadr seçimində təhsil müəssisələrinə təyin etdiyi rəhbər şəxslərin kimliyini daha çox saf-çürük etməlidir? Hər halda müəyyən düşündürücü vəziyyət yaranıb.Təhsildən olunan şikayətlər,saytların elektron poçtlarına göndərilən məlumatlar günbəgün artır.Digər tərəfdən, bütün bu şikayətlərin fonunda təhsil müəssisələrinin direktorları deyil,məhz Elm və Təhsil naziri Emin Əmrullayevin özü tənqid olunur.Yəni bütün subyektiv əsaslarla olsa belə,kimlərə görə nazir Emin Əmrullayevin təhsildə baş verən bütün neqativləri birbaşa qınaq obyekti kimi üzərinə götürdüyü kənardan təsvir olunur.

Qaldı, nazir vəziyyətin bu dərəcədə şəkillənməsini istəmirsə, orta məktəblərə, istərsə də Ali və Ortaİxtisas Təhsil müəssisələrinə təyin olunan direktorların ali keyfiyyətlərinə nəzər yetirməlidir.Çünki,mətbuat səhifələrinə çıxarılan,müzakirə olunan mövzular xüsusilə, bu səpkidədi.Qəbul edək ki, Bakı və bölgələrdə təhsillə bağlı narahatedici siqnallar, narazılıq və qarşıdurmalara səbəb olan məsələlər əksər hallarda kadr seçimindən qaynaqlanır.Məsələn uzağa getməyək,nümunəni iki ay əvvəl nazir Emin Əmurullayevin özünün iştirakçısı olduğu Tovuz rayonunda təşkil olunan vətəndaş qəbulundan gətirək.Son aylar Tovuz Sosial-İqtisadi Kollecində baş verənlər barəsində saytların elektron ünvanına göndərilən məlumatlara nəzər saldıqda adamın ürəyi bulanır.

Məsələyə digər tərəfdən yanaşdıqda demək olar,əksər ölkə vətəndaşlarını, bütün ailələri əhatə edən təhsil sistemindən haqsız yerdən narazı salınan şəxslərlə bağlı vəziyyətin siyasi hakimiyyət üçün də xoş təsir bağışlamadığını zənn etmək olar. Təhsildən edilən şikayətlərin çoxluğu, prezident administrasiyasından tutmuş müxtəlif dövlət orqanlarına ünvanlanan məktublar,eləcə də birinci şikayətlərdən təkrar edilən şikayətlərin faiz nisbəti narahatlıq yaratmaya bilməz.

Nəticədə, bu istiqamətdə aparılan qiymətləndirmə təhlili nəticələrə söykənib, hakimiyyətin üst pilləsində təmsil olunan şəxslər üçün düzgün obyektiv nəticə çıxarılmasını və tədbirlər görülməsini zəruri edə bilər.Təbii ki, bu halda ümumi yanaşma Elm və Təhsil naziri Emin Əmrullayev üçün qanedici olmaz,ona xoş təsir bağışlamaz. Ona görə də bu başlıca əmsalı nəzərə alıb,Elm və Təhsil naziri Emin Əmrullayev qiymətləndirməni bəri başdan özü aparmalıdır.

Faktinfo.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE