Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinə qeydiyyat başladı

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinə qeydiyyat başladı

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ikinci “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsini elan edir. “bp Azərbaycan”ın tərəfdaşlığı ilə təşkil edilən müsabiqənin məqsədi universitetin istedadlı və liderlik bacarığı olan tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq, universitetin idarəçiliyinə məzunların cəlb edilməsini təşviq etməkdir.

Universitetdən bildirilib ki, müsabiqədə yalnız ADPU və onun filiallarının bakalavriat və magistatura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı, "bp Azərbaycan" tərəfindən qiymətli hədiyyələr, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunacaq.

Müsabiqə 4 mərhələdən ibarət olacaq:

I mərhələdə iştirakçıların Azərbaycan və universitet haqqında bilikləri, həmçinin ümumi dünyagörüşü səviyyələri yoxlanılacaq.

II mərhələyə vəsiqə qazanan iştirakçıların “Məntiq”, “İnformasiya ilə iş” və “Analitik təhlil” blokları üzrə bilikləri qiymətləndiriləcək.I və II mərhələnin onlayn formada təşkil edilməsi nəzərdə tutulub.

II mərhələdən uğurla keçən iştirakçılar isə yarımfinala vəsiqə qazanacaqlar. Bu mərhələdən əvvəl hazırlıq məqsədi ilə iştirakçılar üçün situasiya və təhlil, layihələrin yazılması və idarə edilməsi, təşkilati idarəetmə və komanda ilə iş, liderlik və natiqlik mövzularında təlimlərin təşkili planlaşdırılır.

Yarımfinalda iştirakçılar həm komanda ilə işə görə, həm də fərdi keyfiyyətlərinə görə qiymətləndiriləcəklər. Komanda daxilində situasiya ilə iş, mətn təhlili və layihə təqdimatı bacarıqları, fərdi şəkildə isə komanda ilə iş, natiqlik, təqdimat və özünüifadə, kreativ yanaşma və liderlik bacarıqları yoxlanılacaq.

Final mərhələsinə yüksələn iştirakçıların komanda daxilində böhranın idarə edilməsi, layihə təqdimatı və idarə edilməsi bacarıqları, fərdi şəkildə isə etik davranış və korporativ qaydalar, komanda ilə iş, natiqlik, təqdimat və özünüifadə, kreativ yanaşma və liderlik bacarıqları qiymətləndiriləcək.Müsabiqənin yekununda 10 nəfərin qalib olması gözlənilir. Hər bir qalib 1000 AZN pul mükafatı, "bp Azərbaycan"dan dəyərli hədiyyələr, mentorlarla 1 illik peşəkar inkişaf proqramı və təhsil idarəçisi olmaq şansı əldə edəcək.

Müsabiqəyə qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir.

Son müraciət tarixi: 05 mart 2025-ci il, saat 23:59

Qeyd: Qeydiyyatdan universitet tərəfindən verilən və aktiv olan korparativ imeyl hesabınız vasitəsilə keçməyiniz mütləqdir. Müsabiqənin müəyyən mərhələlərinin "Moodle" platforması üzərindən keçirilməsi nəzərdə tutulur və hesabın aktivliyi iştirakçının məsuliyyətindədir.

Oxşar xəbərlər

Bütün xəbərlər