Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.

Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilibQeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.

Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.

Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.

“Vətən” İdman Liseyində görülən işlər və yaradılan şərait də bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Paytaxtda və bölgələrdə yeni məktəblərin inşası, əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.Liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və idmanın inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil və idman sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Bütün xəbərlər