Xəbər lentiwidget-title-icon

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?

Rektor: Qarabağ Universitetinin açılışı 2024-cü ilin ən əlamətdar hadisələrindən oldu

Rektor: Qarabağ Universitetinin açılışı 2024-cü ilin ən əlamətdar hadisələrindən oldu


Ötən il yeni yaradılmış Qarabağ Universiteti üçün bir sıra yaddaqalan hadisələrlə zəngin oldu. Həmin hadisələri şərti olaraq iki dövrdə qruplaşdırmaq olar: Birincisi, Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı, ikincisi isə bu ali təhsil müəssisəsinin açılışı və ilk tədris semestri dövrüdür.

Dövlətimizin yüksək diqqət və qayğısı sayəsində bu dövrlərdə görülən işlər uğurla nəticələndi. Hər iki dövrdə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş nailiyyətlər və qarşıya qoyulmuş strateji vəzifələr Qarabağ Universitetinin potensialının gücləndirilməsinə, milli və beynəlxalq ali təhsil məkanında tanıdılmasına və nüfuzunun artırılmasına xidmət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektorun sözlərinə görə, Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması hadisəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə həmin ali təhsil müəssisəsinin qurulması bölgənin bərpa və inkişafına töhfə vermək üçün təhsilin gücündən istifadəyə əsaslanan önəmli institusional addımlardan biri olaraq dəyərləndirilir. 2024-cü il 6 fevral tarixində Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsinin təsdiq edilməsi universitetin hüquqi əsaslarını daha da möhkəmləndirərək, onun fəaliyyətini müasir təhsil standartlarına uyğun şəkildə təşkil etməyə və səmərəli ali təhsil mühitinin qurulmasına imkan verib.Həmçinin, Prezident İlham Əliyevin ötən il iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olması bu ali təhsil müəssisəsinin fəaliyyətinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunələrindən sayılır, bölgənin canlanmasında və hərtərəfli inkişafında universitetin roluna verilən strateji önəm və yüksək dəyər hesab edilir.

Ş.Bayramov bildirib ki, Qarabağ Universitetinin ilk tədris ilinə hazırlığı dövrünü xarakterizə edən başlıca nailiyyətlər sırasında təcrübəli, peşəkar akademik və inzibati heyətin formalaşdırılmasını, müasir tələblərə cavab verən tədris və sosial infrastrukturların yaradılmasını, yeni akademik məzmunda kadr hazırlığı proqramlarının qurulmasını, ölkə ərazisində universitetin genişmiqyaslı tanıdılmasının həyata keçirilməsini və yüksək keyfiyyətli tələbə qəbulunun reallaşdırılmasını xüsusi qeyd etmək olar.

“Həmin nailiyyətləri bir qədər də konkretləşdirsək, böyük fərəhlə qeyd edə bilərik ki, əksəriyyəti nüfuzlu xarici universitetlərdə təhsil almış 160-a yaxın təcrübəli akademik və inzibati heyətlə, 101 nəfəri 600-dən çox bal toplayan və orta balı 470-ə yaxın olan, eləcə də bütün bölgələri əhatə edən 1104 tələbə qəbulu ilə Qarabağ Universiteti cari tədris ilinin ehtiyaclarına uyğun müasir infrastrukturla təmin edilmiş 3 tədris binasında və 6 fakültədə (Pedaqoji, İncəsənət, İqtisadiyyat, Turizm, Mühəndislik, Humanitar və sosial elmlər) 27 ixtisas üzrə yeni akademik məzmunda tədris prosesinin təşkili üçün hazır vəziyyətə gətirilib. Bununla yanaşı, müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini bitirənlər arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbənin 4 ixtisas üzrə Qarabağ Universitetində SABAH qruplarında ikinci tədris ilində təhsillərini davam etdirmələri üçün müvafiq şəraitin təmin edilməsi də əsas nailiyyətlərdən hesab olunur. Bu dövrdə dörd binada bütün əməkdaşların və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Tələbələrin yaşaması üçün nəzərdə tutulan mənzil tipli 5 yataqxana binasında yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb”Qeyd olunub ki, 2024-cü il sentyabrın 20-də - dövlət suverenliyinin bərpa edilməsindən düz bir il sonra Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışı ilin ən əlamətdar hadisələrindən oldu. Dövlət başçımızın qeyd etdiyi kimi, “Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu”. Eyni zamanda, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir” ifadəsi artıq universitetin əsas hədəfi və devizi olaraq müəyyən edilib.

Rektor vurğulayıb ki, çox qısa zaman ərzində yüksək start parametrləri ilə Qarabağ Universitetinin sentyabrın 23-də ilk tədris ilinə başlaması məhz dövlətimizin gücünün təzahürlərindəndir.

O bildirib ki, Qarabağ Universitetinin açılışından sonra, ilk tədris semestri dövrü də məhsuldarlığı ilə seçilib: “Həmin dövrdə müxtəlif formatlı tədbirlər vasitəsilə tələbə və əməkdaşların akademik və sosial mühitə adaptasiyası həyata keçirilib. Mövcud qanunvericiliyə, qabaqcıl milli və beynəlxalq təcrübələrə əsaslanaraq yeni məzmunda hazırlanmış tədris planları və proqramlarının tətbiqi məqsədilə tədrisin təşkili və səmərəli idarə olunması, eləcə də elmi fəaliyyətlərin təşviqi ilə bağlı müvafiq qaydalar hazırlanıb.Bundan əlavə, Qarabağ Universiteti ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda – Türkiyədə, Çində, Rusiyada, Misirdə, Özbəkistanda, Almaniyada, Gürcüstanda və Yaponiyada təşkil olunan müxtəlif simpozium, forum, festival, konfrans, təhsil sərgisi, əmək yarmarkası, müsabiqə və digər tədbirlərdə də fəal təmsil olunub. Qardaş ölkə Türkiyədən iki qonaq professorun ilk tədris ilindən etibarən Qarabağ Universitetində birillik fəaliyyətə başlaması da məhz həmin istiqamətdə əldə olunan əsas nəticələrdəndir.

Qarabağ Universitetində tələbə-mərkəzli yanaşma əsasında müasir idarəetmə modelinin qurulması dəstəklənib. İxtisas biliklərinin tədrisi ilə yanaşı, müvafiq dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində asudə vaxtın səmərəli təşkili, vətən sevgisi, tarixə hörmət və sosial məsuliyyətin inkişaf etdirilməsi, dünyagörüşünün, xarici dil, texnoloji, innovativ və yumşaq bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilərək, tələbələrin hərtərəfli inkişafına imkan yaradan əlverişli və maraqlı təhsil mühitinin təmin olunmasına önəm verilib. Qısa zamanda Qarabağ Universitetinin tələbələri bir sıra uğurlara da imza atıb. Həmin nailiyyətlər arasında tələbələrimizin Gürcüstanda Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin (“ICPC - International Collegiate Programming Contest) yarımfinalında, eləcə də Misirdə Ümumdünya Şəhərsalma Forumunda fəal təmsil olunmalarını, “Zəfərimiz əbədidir” regional intellektual yarışda birincilik qazanmalarını xüsusi vurğulamaq olar.Əminik ki, 2024-cü ili Qarabağ Universiteti üçün yaddaqalan edən bütün bu hadisələr, yaxın gələcəkdə ali təhsil ocağımızın potensialının inkişaf etməsi və regionda təhsil, elm və innovasiya sahəsində önəmli bir rola sahib olması istiqamətində əhəmiyyətli zəmin yaradacaq”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini