Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Belarus Respublikasının Respublika Peşə Təhsili İnstitutu (RİPO) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Belarusiyanın Respublika Peşə Təhsili İnstitutunun direktoru Valeriy Qolubovskiy Azərbaycana səfər edib.

Səfər çərçivəsində 15 avqust 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində rəsmi görüş keçirilib. Görüşdə Azərbaycan və Belarus arasında 2024-2025-ci illəri əhatə edən fəaliyyət planı müzakirə olunub. İki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq imkanları və bu sahədə təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüş zamanı qida məhsullarının istehsalı və alternativ enerji qurğu və avadanlıqlarının istismarı üzrə ixtisasların müəyyənləşdirilməsi, həmçinin müvafiq kadr hazırlığı aparılan müəssisələrin təyin edilməsi mövzuları müzakirə edilib. Belarusiyanın bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə mühəndis-pedaqoji və inzibati idarəetmə heyətinin qarşılıqlı təcrübə mübadiləsində iştirak etməsi nəzərdən keçirilib.

Görüşün davamında Belarus Respublikasının peşə təhsili sisteminin ümumi strukturu, təsnifatın formalaşması və peşə təhsilinin idarə edilməsində müvafiq nazirliklərin rolu ilə bağlı ətraflı müzakirələr aparılıb. Görüş nəticəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret addımlar atılması qərara alınıb.Səfər çərçivəsində Belarus Respublikasının Respublika Peşə Təhsili İnstitutunun direktoru Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən infoturda iştirak edib. Burada Valeri Qolubovskiy tərəfindən “Belarus Respublikasında Peşə Təhsili: yanaşmalar və nailiyyətlər” mövzusunda seminar təşkil edilib. Seminarda Belarusiyada peşə təhsilinin inkişafı və əməkdaşlıq prinsipləri haqqında məlumat verilib

Səfərin sonunda nümayəndənin Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərinə ziyarətləri təşkil edilib.

Qeyd edək ki, bu səfər Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində təcrübə paylaşımı və gələcək əməkdaşlıq layihələri üçün möhkəm baza yaratmaq məqsədilə həyata keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər