Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

DİM rəhbərliyi və kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO+VİDEO

 

Mayın 10-da Dövlət İmtahan Mərkəzinin əməkdaşları Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.

Bu barədə "tehsilmedia.info"a mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 5 may 2023-cü il tarixində ümummilli lider "Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans” keçirilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin konfransdakı çıxışını təqdim edirik.

Hörmətli qonaqlar, əziz dostlar, əziz tələbələr, müəllimlər!

Hamınızı ürəkdən salamlayıram. Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə çıxış etmək, bu dahi insan haqqında ürək sözlərimi demək mənim üçün həm şərəf, həm də həyəcanvericidir.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində milyonlarla azərbaycanlının həyatı dəyişmişdir. Mən həmin insanların sırasında bəlkə də ən şanslı şəxslərdən biriyəm. Çünki birinci dəfə respublikamızın rəhbərliyinə gələn Heydər Əliyev – gənclərə daim xüsusi diqqət göstərən rəhbər Azərbaycan gənclərinin yaxşı təhsil almaları üçün, ölkəmizin bütün sahələrdə inkişafını təmin etmək məqsədilə lazım olan mütəxəssisləri hazırlamaq üçün onların SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi üzrə proqram həyata keçirməyə başlamışdı. 1970-ci ildə belə xoşbəxt gənclərin arasında mən də var idim. Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində ali təhsilimi başladım. İkinci belə şans mənə müstəqil Azərbaycanda Heydər Əliyev tərəfindən 1994-cü ildə verildi. Biliyin qiymətləndirilməsi və kütləvi imtahanların keçirilməsi kimi mühüm sahəyə cavabdeh olan qurumda rəhbər vəzifələrdən birinə təyin olundum. Həmin ildən etibarən onun komandasında işləmək, ulu öndərin iştirakı ilə keçirilən görüşlər zamanı onun qiymətli fikir və tövsiyələrini dinləmək mənim həyatımın ən xoşbəxt və parlaq səhifələrindən biri idi. O zaman tələbə qəbulu sahəsi çox vaxt cəmiyyətdə müzakirə predmeti olurdu. Buna baxmayaraq Ulu öndər o vaxtkı Tələbə Qəbulu Dövlət Komissiyasına aid olan bütün məsələləri diqqət mərkəzində saxlayırdı. Çünki onun əsas məqsədi bu idi: Azərbaycan gənclərini erkən yaşlarından düzgün istiqamətə yönəltmək üçün ədalətli qərar qəbul edən sistem qurmaq. 2000-ci ildə məni həmin təşkilatın rəhbəri vəzifəsinə təyin edəndə də onun tövsiyələri məhz bundan ibarət idi. Heydər Əliyevin sözləri hər zaman mənim yaddaşımdadır. Vaxt keçdikcə, öz həyatımı təhlil etdikcə, müxtəlif problemlərlə rastlaşanda bu dahi insanın müdrik sözlərini həmişə yadıma salıram və hər dəfə Heydər Əliyevin nə dərəcədə uzaqgörən insan olduğunu anlayıram. Hətta biz o zaman hiss etmədiyimiz problemləri o, əvvəlcədən görür və əvvəlcədən bizi bir növ həmin problemlərdən qorumaq üçün faydalı məsləhətlər verirdi.

Belə bir məşhur fikir var ki, hər bir siyasi rəhbər doğrudan da dahi siyasi xadimdirsə, mütləq öz Vətəni haqqında, onun inkişafı haqqında düşünür. Adi siyasi rəhbərlər isə öz nüfuzu haqqında düşünürlər. Heydər Əliyev XX əsrin mən deyərdim ki, ən dahi rəhbəri idi. Birinci hakimiyyəti dövründə respublikamızın böyük bir ölkənin, imperiyanın tərkib hissəsi olmağına baxmayaraq, Heydər Əliyevin həm o dönəmdə, həm də müstəqillik dövründə qoyduğu strateji məqsədlər ölkəmizin davamlı inkişafına, daha da güclü olmasına yönələn məqsədlər idi. Gündəlik həyatda ortaya çıxan məsələləri, xüsusilə, 1993-cü ildə əvvəlki hakimiyyətdən miras qalan ciddi problemləri yoluna qoymaq üçün müəyyən taktiki həll yollarını tapmaq tələb olunurdu. Çox zaman adi siyasi liderlər hər hansı cari problemləri asan yollarla həll etmək üçün elə taktiki həllər seçirlər ki, strateji məqsədlər arxa plana keçir. Heydər Əliyev hər bir məsələnin həlli zamanı elə qararlar verirdi ki, strateji məqsədlərimizdən uzaqlaşmayaq, əksinə, onlara doğru irəliləyək. Bu uzaqgörən siyasətin nəticəsini biz indi dərk edirik. Çiçəklənən Azərbaycan, azad edilmiş torpaqlar – bunların bünövrəsi o zaman – 1969-cu ildən başlayaraq qoyulmuşdur.

Heydər Əliyev öz qəlbi və ürəyi ilə hər zaman xalqımızın yanında olan, onunla qırılmaz tellərlə bağlı olan bir insan idi, amma eyni zamanda öz zəkası, duyğuları ilə hər zaman xalqının sabahını düşünən, firavan gələcək qurmaq üçün ona yol göstərən, bizim hamımızdan öndə gedən dövlət xadim idi.

"Azərbaycançılıq” siyasəti və fəlsəfəsi rəsmi olaraq 1993-cü ildən geniş şəkildə formalaşmağa başlamışdı. Biz isə – sovet məktəbini bitirmiş və təhsilini Moskvada davam etdirən azərbaycanlı gənclər ulu öndərin "Azərbaycançılıq” siyasətinin təsirini hələ 1970-ci illərdə hiss etməyə başlamışıq. Mən indi anlayıram ki, o vaxt bu siyasət xüsusi olaraq düşünülmüş və o zaman üçün çox cəsarətli tədbirlərdən ibarət olub. Belə ki, Heydər Əliyevin tapşırığı ilə respublikamızın Moskvadakı nümayəndəliyinin əməkdaşları bizi müxtəlif tədbirlərə, Azərbaycanın mədəniyyət günlərinə, İmaməddin Nəsiminin yubileyinə dəvət etməklə, 1973-cü ildə Moskvada bizim hamımızı bir araya gətirərək bizimlə şəxsən görüş keçirməklə biz özümüzü təkcə SSRİ vətəndaşı kimi deyil, biz özümüzü məhz azərbaycanlı kimi, vətənimizin bir parçası kimi, hiss etməyə başladıq. Anladıq ki, bizi Azərbaycanda gözləyirlər, bizə orda ehtiyac duyulur, haqqımızda fikirləşirlər. Biz isə o fikirlə yaşayırdıq ki, ölkəmizə qayıdaq və əvəzolunmaz o borcumuzu qaytaraq. İndi biz bu yaşa çatanda həmin tədbirlərin əhəmiyyətini, o vaxtkı gənclərin vətəndən yadlaşmasına imkan verməyən bu addımların vacibliyini dərk edirik.

İllər keçdi, müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilən layihələr öz bəhrəsini verir. Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə bir layihəyə başlayıb: 2001-ci ildə Heydər Əliyev tərəfindən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərə Prezident təqaüdü təsis olundu. Həyat elə gətirdi ki, ulu öndər prezident təqaüdünə layiq görülən gənclərlə cəmi iki dəfə görüşə bildi, 2001 və 2002-ci ilərdə, hər il 25 nəfər. Biz onları axtardıq, onlar bu gün cəmiyyətimizdə müxtəlif sahələrdə öz sözünü demiş mütəxəssislərdi, onların bəziləri xarici ölkələrdə çalışan peşəkarlardı. Bizim saytımızda onların müsahibələrinə baxa bilərsiniz, kiçik müsahibələrdi, amma hər biri çox qürurvericidi. Siz görə biləcəksiniz ki, onlar da bizim kimi, Heydər Əliyevlə görüşün, onun tövsiyələrinin, Prezident təqaüdünün öz həyatlarında rolunu necə yüksək qiymətləndirirlər. Bununla da biz görürük ki, bünövrəsi Heydər Əliyev tərəfindən 70-ci illərdə qoyulan və 90-cı illərdə inkişaf etdirilən, "sosial lift” rolunu oynayan sistem bu gün də fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyim kimi, bu gün ölkəmizdə bütün sahələrdə həyata keçirilən layihələr nəticəsində dayanıqlı inkişaf müşahidə olunmaqdadır. Xüsusilə, dövlət quruculuğunda bu inkişafa nail olmaq böyük əhəmiyyət kəsb edir. Mən özümün daha bir şansımı yadıma salmaq istərdim. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Cenevrədə ölkə rəhbərlərinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində çıxış edərkən "Qara qızılı insan kapitalına çevirək” şüarını ilk dəfə səsləndirdi. Həmin vaxt mən zalda bədnam qonşularımızla eyni sırada oturmuşdum, onların üzündə mən gülümsəmə ifadəsini, kimlərinsə üzündə tərəddüd gördüm. Çünki o zaman bu çox cəsarətli bəyanət idi. Amma bu gün biz əminliklə deyə bilərik ki, bu artıq şüar deyil, bu reallıqdır! Həmin Prezident təqaüdçülərinin hər birinin uğur hekayəsi buna bariz sübutdur.

Onların hər biri söyləyir ki, Prezident təqaüdünü almaq – bu uğurun başlanğıcıdı, bunu saxlamaq, davam etdirmək – bu daha çətin və məsuliyyətli işdir. Bu gün inkişaf etmiş Azərbaycanın bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdursa, onun "güclü Azərbaycan” arzusu, xüsusilə də, ən ülvi amalı – azad Qarabağ, azad Şuşa arzusu tam olaraq möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən gerçəkləşdirilmişdir. Mən inanıram ki, Heydər Əliyev bu sevincimizi duyur və həmişə olduğu kimi, Azərbaycan xalqı, Azərbaycan Prezidenti ilə fəxr edir. Nə qədər Azərbaycan xalqı yaşayır, Heydər Əliyev xatirəsi əbədi olaraq bizim qəlbimizdə yaşayacaq!

Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı!

Diqqətinizə görə minnətdaram!

Konfransda 1979-cu ildə Azəbaycandan sovetlər birliyinin qabaqcıl ali məktəblərinə təhsil almaq üçün göndərilən "inoqorodniklərdən” biri – hazırda Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov də çıxış edib. V.Misirovun çıxışının mətni ilə buradan tanış ola bilərsiniz.


Oxşar xəbərlər


Bütün xəbərlər

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR