Xəbər lentiwidget-title-icon

Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib

Nazir Emin Əmrullayev və AQTA sədri Qoşqar Təhməzli BMU-da olub

Nazir Emin Əmrullayev və AQTA sədri Qoşqar Təhməzli BMU-da olub

Elm və təhsil naziri Emin Əmrullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli Bakı Mühəndislik Universitetinin (BMU) geniş elmi-tədqiqat imkanlarına malik laboratoriyaları ilə tanış olublar.

Universitetdən bildirilib ki, Kimya və kimya mühəndisliyi, Biologiya, Kibertəhlükəsizlik, Kompüter, Mexanika mühəndisliyi, Elektronika və digər laboratoriyalar barədə qonaqlara məlumat verən BMU-nun rektoru Yaqub Piriyev universitetdə tədqiqatlar aparmaq, təhsilalanların nəzəri biliklərini təcrübədə tətbiq etmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.

Universitet rəhbəri kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığına ehtiyac duyulduğunu, bu yeni sahənin sürətli inkişafına zərurətin yarandığını qeyd edərək, BMU-da istifadəyə verilən Kibertəhlükəsizlik laboratoriyasının əhəmiyyətinə diqqət çəkib. Həmçinin bu gün sənaye və istehsalat sahələrinə aid problemlərin universitetlərdə araşdırıldığını, bu baxımdan BMU-nun tədqiqatyönümlü fəaliyyət üçün daha geniş imkanları diqqətdə saxladığını deyib.Tanışlıq zamanı vurğulanıb ki, bugünkü universitetlərin inkişafı, tədqiqatyönümlü olması müasir dövrün qlobal çağırışlarıdır, əmək bazarı yeni bilik və bacarıqlar tələb etdiyi üçün universitetlərin nəzəriyyəni praktikaya tətbiq etmək imkanları daha geniş olmalıdır. BMU ilə qida təhlükəsizliyi sahəsində birgə elmi-praktiki araşdırmaların, tədqiqatların aparılması, bu sahə üzrə mütəxəssislərin hazırlanmasında müasir laboratoriyaların rolu önə çəkilib, qarşılıqlı dəstəklə uğurlu işlər görməyin mümkünlüyü nəzərdən keçirilib. Eyni zamanda son illərdə elmi-tədqiqat institutları ilə ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin uğurlu nəticələr ortaya qoyduğu qeyd edilib, bu mənada müasir laboratoriyalara malik BMU ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında yeni imzalanan əməkdaşlıq memorandumundan gözləntilərin böyük olduğu bildirilib.

Universitet Texnoparkına da baxış keçirən qonaqların diqqətinə çatdırılıb ki, startapların inkişafı və onlara dəstək məqsədilə BMU-da inkubasiya proqramına start verilib. Startaplar işgüzar şəbəkə dəstəyi, marketinq, mühasibatlıq dərsləri, mentor təlimləri, investisiyaya və bazara çıxış kimi müxtəlif inkubasiya xidmətləri ilə təmin olunub.

Tələbələrin irəli sürdüyü ideyalar əsasında formalaşdırılmış startaplarla yaxından tanış olan Emin Əmrullayev və Qoşqar Təhməzli yeni dövrün tələblərinə uyğun layihələr hazırlayan gənclərlə səmimi söhbət edib, onların startaplarının mahiyyəti, ideyalarını biznesə çevirmələri barədə maraqlı fikirlərini dinləyib, öz tövsiyələrini veriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər