Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Qabiliyyət imtahanında iştirak etmək istəyən bakalavrların nəzərinə!

Qabiliyyət imtahanında iştirak etmək istəyən bakalavrların nəzərinə!

Namizədlər 2024-cü il mayın 30-dan etibarən "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir.
Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.
Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər, proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Oxşar xəbərlər

Bütün xəbərlər