Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Hər il 11 Dekabr bütün dünyada Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd edilir. Bu ənənənin əsası ötən əsrin sonlarından qoyulmuşdur. Belə ki, Uşaqların Beynəlxalq Televiziya və Radio Günü 1994-cü ilin aprelində BMT Uşaq Fondunun (YUNİSEF) təşəbbüsü ilə Kann şəhərində təsis olunub. O zamandan etibarən hər il bu tarixdə dünyanın bütün aparıcı teleradio şirkətləri efiri uşaqların və uşaq verilişlərinin ixtiyarına verir.

tehsilmedia.info xəbər verir ki, televiziya və radioda uşaqlara həsr olunmuş verilişlər nümayiş etdirilir. Həmçinin, uşaqlar televiziya və radio verilişlərinə dəvət olunaraq vacib hesab etdikləri mövzular haqqında danışırlar, maarifləndirici və əyləndirici proqramlar vasitəsilə öz istedad və düşüncələrini nümayiş etdirirlər.

Avropa Azərbaycan Məktəbinin ibtidai sinif şagirdləri uşaqlar üçün əlamətdar olan bu tarixi qeyd etdilər. Dövrümüzdə minlərlə izləyicilərlə görüşmək imkanı verən müasir texnoloji efir yeniliklərindən olan sosial media vasitəsilə şagirdlər öz fikir və düşüncələrini izləyicilərlə bölüşdülər, bu əlamətdar gündə media və efir konsepti haqqında yeni məlumatlar öyrəndilər.

AAM-nin ibtidai təhsil korpusunda təşkil olunan tədbirdə tanınmış teleaparıcı və blogger Azər Qərib məktəbin qonağı oldu. Uşaqları salamlayan Azər Qərib daha sonra bu sənəti necə seçdiyi və media sahəsinə necə gəldiyi barədə uşaqlara məlumat verdi. Ardınca uşaqlar qonağa maraq dairələrində olan suallar ünvanladılar və bir sıra suallara cavab tapdılar. Daha sonra şagirdlər prioritet hesab etdikləri aktual mövzular haqqında qrup şəklində təqdimatlar etdilər və maarifləndirici məlumatlar bölüşdülər. Tədbirin sonunda şagirdlər, məktəbin pedaqoji və inzibati heyəti və Azər Qərib birgə xatirə şəkli çəkdirdilər.

Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə yuxarı sinif şagirdləri Asan Radioya səfər etdilər. Asan Radionun direktoru Emin Musəvi şagidləri və məktəb əməkdaşlarını salamlayaraq uşaqları əlamətdar gün münasibətilə təbrik etdi. Ziyarətçilərə radionun yaranma tarixi və məqsədi barədə məlumat verdikdən sonra onları radioda ekskursiya etməyə dəvət etdi. Məktəbliləri İlk olaraq canlı efir otagına dəvət edən radio rəhbəri canlı yayım prosesi haqqında məlumat verdi, uşaqlar əyani olaraq canlı efir prosesinin necə təşkil olunduğunu gördülər. Daha sonra digər guşələri ziyarət edən məktəblilərə ümumi olaraq radionun gündəlik iş fəaliyyətinin necə təşkil olunduğu, xəbərlərin necə əldə olunması və paylaşılması, yayım və radio ilə bağlı bir çox məsələlər haqqında ətraflı məlumat verildi. Sonra uşaqlar Emin Musəviyə onları maraqlandıran çoxsaylı suallar verdilər və yeni biliklər əldə etdilər. Ardınca uşaqlar üçün ekskursiya zamanı öyrəndikləri biliklərə dair viktorina keçirildi və fəal olan uşaqlara hədiyyə təqdim olundu.

Sonra uşaqlar radio əməkdaşlarına müsahibə verdilər və radioda keçirdikləri maraqlı vaxt haqqında danışaraq təəssüratlarını bölüşdülər.

Sonda Emin Musəvi və məktəb kollektivi xatirə şəkli çəkdirdilər.

Şagirdlər üçün Uşaqların Beynəlxalq Televiziya və Radio Günününə həsr olunmuş tədbirlər unudulmaz xatirə kimi yaddaşlarında qaldı.

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Avropa Azərbaycan Məktəbi Uşaqların Beynəlxalq Televiziya və Radio Gününü qeyd edib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər