Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib

Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib

Martın 29-da Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunan Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan Forumda Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov son illərdə muxtar respublikada aparılan islahatların əsas tərkib hissəsini təhsil siyasəti təşkil etdiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısının “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması ilə bağlı Sərəncamı da təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Bildirilib ki, muxtar respublikanın təhsil müəssisələrində infrastruktur və maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının geniş surətdə tətbiqi Dövlət Proqramına uyğun olaraq təhsil sahəsində atılan mühüm addımlardandır. Elxan Nəcəfov müəllim və şagirdlərin bilik-bacarıqlarının artırılması istiqamətində görülən işlərdən də danışaraq deyib ki, Təhsil Nazirliyi tərəfindən tədris ili ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya-biologiya olimpiadası, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili, riyaziyyat, xarici dil fənlərindən fənn müsabiqəsi, V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiada keçirilib. Həmçinin məktəblilər Respublika Fənn Olimpiadalarında, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələlərində uğurlu nəticələr əldə ediblər. Ümumilikdə 2023-2024-cü tədris ilində keçirilən olimpiada və müsabiqələrdə muxtar respublikanın ümumtəhsil məktəblərindən 27 mindən artıq şagirdin iştirakı təmin olunub.Qeyd olunub ki, müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə STEAM tədris edən müəllimlər üçün təlimlər keçirilib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumunda 900-dən çox ibtidai sinif müəlliminin iştirakı təmin edilib. Diqqətə çatdırılıb ki, Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Forumun keçirilməsində məqsəd müxtəlif istiqamətlər üzrə şagird nailiyyətlərinin artırılmasında müəllimlərə dəstək olmaqdır. Gələcəkdə digər fənlər üzrə də forumların keçirilməsi nəzərdə tutulur.

Forumda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Kapital Bank”, “Paşa Sığorta”, “Paşa Həyat Sığorta” və “Kvant Akademiya”nın dəstəyi ilə V-VIII sinif şagirdləri arasında keçirilən Nəsrəddin Tusi adına Fizika-Riyaziyyat Olimpiadasının qaliblərinə mükafat və diplomlar təqdim olunub.

Sonra Foruma start verilib. 300-ə yaxın riyaziyyat müəlliminin iştirakı ilə keçirilən forumda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim, riyaziyyatçı Fuad Qarayev "Gələcəyi inşa edən riyaziyyatçı müəllim və istedadlı uşaqlar", təhsil üzrə tədqiqatçı, riyaziyyat müəllimi Afərin Əkbərli isə "Riyaziyyatın tədrisində müasir trendlər" mövzularında çıxış ediblər.

Forumda müəllimlərin sualları cavablandırılıb və müzakirələr aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər