Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub - FOTO

ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub - FOTO

Martın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə “Qərbi Azərbaycan – yurd yerimiz” mövzusunda konfrans keçirilib, eyni zamanda, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub.

Universitetdən bildiriblər ki, tədbirdə ADPU-nun rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rektorları, Qərbi Azərbaycan İcmasının üzvləri və ziyalılar iştirak edib.

Əvvəlcə qonaqlar Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzdə olaraq onların fəaliyyəti, elmi araşdırmaları ilə yaxından tanış olublar.

Konfransda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Pedaqoji Universitetdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu vurğulamış, Qərbi Azərbaycanın vətənimizin ayrılmaz hissəsi olduğunu dilə gətirmişdir. O, eyni zamanda, Türk dünyası ilə qarşılıqlı əlaqələrimizin Ulu Öndər Heydər Əliyev tərəfindən bərpa edildiyini, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu münasibətlərin gündən-günə daha da genişləndiyini diqqətə çatdırıb.

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov çıxışında Qərbi Azərbaycanın ölkəmizin tarixi torpaqları olduğunu söyləyərək bunu 3 faktla əsaslandırıb: etnik tərkib, toponimlər, tarixi abidələr. Professor bu faktları sübut edən əsaslı dəlillər səsləndirib, bu sahədə apardığı elmi-tədqiqat nəticələrini diqqətə çatdırıb.

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, professor Fərrux Rüstəmov isə Qərbi Azərbaycanın təhsil və dövlətçilik tarixinin araşdırılmasının önəmini vurğulayaraq, İrəvan kişi gimnaziyasının ən görkəmli məzunlarının məhz azərbaycanlılar Əziz Əliyev, Mustafa Topçubaşov və Əhməd Rəcəbli olduqlarını vurğulayıb, yaradılan mərkəzin elm aləminə uğurlu töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan adının dövlət səviyyəsində ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən dilə gətirildiyini diqqətə çatdırıb. O, 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycan İcmasının yaradıldığını xatırladıb, bir il ərzində Qərbi Azərbaycan İcmasının öz fəaliyyətini xeyli genişləndirdiyini vurğulayıb. ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasındakı xidmətlərinə görə professor Mahirə Hüseynovaya təşəkkürünü bildirib.Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərov türkologiya və türkçülüyün qarşılıqlı əlaqəsindən bəhs edərək, bu bağlılığın 3 dövrə bölündüyünü söyləyib, təsəvvürlər dövrü barədə tədbir iştirakçılarına məlumat verib.

O, Prezident İlham Əliyevin andiçmə mərasimində açıq kontekstdə söylədiyi Türk dövlətləri ilə ölkəmizin qarşılıqlı əlaqələrinin bundan sonra daha da genişlənəcəyi fikrini xatırladaraq, Pedaqoji Universitetdə Türkoloji Mərkəzin yaradılmasının bu baxımdan da alqışalayiq addım olduğunu söyləyib.

Milli Məclisin deputatı Sadiq Qurbanov mənfur düşmənlərimizin tarixən türkləri parçalamaq, türk dövlətlərinin birləşməyinin qarşısını almaq fikrində olduqlarını söyləyərək, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin onların bu planlarını sarsıtdığını qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasının dövlətçiliyimiz üçün əhəmiyyətli addım olduğunu vurğulayıb, ADPU-nun 100 ildən artıq tarixə malik müəllim yetişdirən məbəd olduğunu qeyd edərək, tələbələrin gələcəkdə pedaqoji kadr kimi Qərbi Azərbaycan həqiqətlərini şagirdlərə çatdıracağını dilə gətirib.

Milli Məclisin deputatı Musa Urud isə Qərbi Azərbaycan İcmasının fəaliyyətə başladığı dövrdən etibarən qarşıya qoyulan əsas məqsədlərə nail olunduğunu, bu qurumun fəaliyyəti nəticəsində Qərbi azərbaycanlılar barədə beynəlxalq təşkilatlarda çıxışlar səsləndirildiyini, xaricdə məqalələrin çap etdirildiyini söyləyib. O, bu gün Pedaqoji Universitetdə belə bir mərkəzin yaradılmasının artıq bu haqda elmi araşdırmaların sistemli şəkildə aparılacağına təkan verəcəyini qeyd edib.

Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı Nazir Əhməd isə indiki Ermənistan ərazisinin tarixən azərbaycanlılara məxsus olduğunu bildirib, bu fikirlərini faktlarla əsaslandırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər