Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib - FOTO

ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib - FOTO

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

Bildirilib ki, ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov əvvəlcə gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.

Gündəliyə uyğun olaraq ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri, ADNSU-nun 2024-cü il üçün fəaliyyət planının təsdiqi, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova 2023/2024-cü tədris ilinin magistratura üzrə payız semestrinin imtahan sessiyasının nəticələri barədə hesabat məruzəsi ilə çıxış etdikdən sonra İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev fakültənin fəaliyyəti haqqında illik hesabat verib.

Elmi Şuranın iclasında Elmi katib Nərminə Əliyevanın təqdiamatı əsasında dosent elmi adı verilməsi üçün AAK-a sənədləri göndəriləcək ADNSU-nun iki gənc mütəxəssisi barədə səsvermə təsdiq olunub. Sonra İctimaiyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar ADNSU-da tədbirlər planının hazırlanması və icra edilməsi üçün işçi qrupunun yaradılması, tərkibi və bu istiqamətdə universitet və tərəfdaş qurumların görəcəyi işlərlə bağlı məlumat verib. TEC-in sədri Elviz İsmayılovun Start-up və İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında hesabatı dinlənilib. Məruzə edilən hər bir məsələ ilə bağlı şura üzvlərinin irad və təklifləri səsləndirilib, yekdil qərarlar qəbul olunub.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov təkrar ali təhsil alan tələbələrin yekun attestasiyası, imtahan sessiyasının nəticələri ilə bağlı tələbələr arasında keçirilmiş sorğu barədə məlumat verdikdən sonra müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.

Oxşar xəbərlər

Bütün xəbərlər