Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

TÜBİTAK-ın prezidenti BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb

TÜBİTAK-ın prezidenti BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb

Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti Hasan Mandal Bakı Dövlət Universitetinin (BDU) müəllim-tələbə heyəti ilə görüşüb.

Bu barədə universitetdən məlumat verilib. Görüşdə BDU-nun rektoru Elçin Babayev TÜBİTAK-ın gördüyü işlərin həcmini və effektivliyini yüksək qiymətləndirib, onun Türkiyənin qısa müddətdə texnoloji sahədə yüksək sürətlə irəliləməsinə səbəb olan əsas qurumlardan biri kimi xarakterizə edib. Rektor diqqətə çatdırıb ki, büdcəsi, maliyyələşmə mexanizmi, ekspertiza sistemi, layihələrin qiymətləndirilməsi üsulları, beynəlxalq miqyasda əməkdaşlığa üstünlük verməsi TÜBİTAK-ı qardaş ölkənin mühüm strukturlarından biri edib. BDU indiyədək TÜBİTAK-ın 7 layihəsində iştirak edib. Hazırda TÜBİTAK-la 3 layihə həyata keçirilir. Bunlar riyaziyyat, kimya və biologiya istiqamətlərini əhatə edir.

Hasan Mandal isə çıxışında iştirakçılara qurumun missiyası, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, elm sahəsində insan resurslarının yetişdirilməsi hər iki qardaş ölkə üçün vacib məsələdir: “Azərbaycanla Türkiyənin ən böyük gücü gənc insan resurslarıdır. Alimlərimizin, tədqiqatçılarımızın və gənclərimizin birlikdə işləməsi, təkcə günümüzün deyil, dövlət başçılarımızın bizə verdiyi ümumi strateji hədəflərə uyğun olaraq gələcəyin ehtiyaclarını müzakirə etməsi vacib məsələdir”.

O, TÜBİTAK üçün qlobal çağırışlara dair elmi tədqiqatların prioritet olduğunu bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərarın qürurverici olduğunu qeyd edən Hasan Mandal TÜBİTAK-da qlobal istiləşmə, su qıtlığı ilə mübarizə, yaşıl texnologiyalarla bağlı layihələrə üstünlük verildiyini bildirib. TÜBİTAK-ın prezidenti, həmçinin ötən il “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında BDU komandalarının I və III yerləri tutduğunu xatırladıb, tələbələri bu il keçiriləcək festivalda fəal iştirak etməyə çağırıb.

Sonda Hasan Mandal BDU-nun professor-müəllim heyəti və tələbələrinin suallarını cavablandırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər