Xəbər lentiwidget-title-icon

Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu
Pirəkəşkül Kəndinin Qüruru: Murad Yusiflinin Böyük Zəfəri
Neçə abituriyent 300 bal topladı ?
15 mart imtahanının nəticələri AÇIQLANDI
Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
Apellyasiyaya müraciət edənlərin diqqətinə: balınız azala da bilər - DİM
Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edilib
“Son zəng”də geyim müzakirəsi - məktəb forması məcburi ola bilərmi?
ADNSU tələbələri üçün açıq dərs
İncəsənət məktəblərinə qəbul başlayır
Məktəblilər PIRLS 2026 tədqiqatına cəlb olunub
Ağstafada bıçaqlanan məktəbli evə buraxılıb - YENİLƏNİB
Emin Əmrullayev internat məktəblərinin direktorları ilə görüşüb
Qəbul imtahanlarına qeydiyyat davam edir
Abituriyentlər asan yolu seçir - hədəf ixtisas deyil, tələbə olmaqdır...
Ayla Həsənova-Məmmədova: Azərbaycan gəncliyi əvvəl vətəni müdafiə etdi, bu gün isə qayıdışı qurur
Ayla Həsənova-Məmmədova: Azərbaycan gəncliyi əvvəl vətəni müdafiə etdi, bu gün isə qayıdışı qurur
Azərbaycanın təhsil yolu özünəməxsusdur - Nazir müavini
“Pligrim_edu” adlı təhsil şirkəti vətəndaşın 2000 manatını belə mənimsədi.
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat BAŞLADI
Şagirdlər arasında texnoloji olimpiada keçirilib

“Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika konfransı keçirilib

“Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika konfransı keçirilib

Hüseyn Cavidin Ev Muzeyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfrans iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə və muzeyin hazırladığı Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda kitab sərgisi ilə tanış olublar.

Daha sonra Hüseyn Cavidin Ev Muzeyinin direktoru,filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri açaraq sözü AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimliyə verib. O, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, f.e.d. Gülbəniz Babaxanlının Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibəti ilə çap etdirdiyi "Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” monoqrafiyası və ayrıca kitab halında nəşr edilən "Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransının materiallarını iştirakçılara təqdim edib. Hər iki nəşr haqqında çıxış edən natiq Ulu Öndərin mədəniyyətimizə, ədəbiyyatımıza böyük qayğı və diqqətindən danışıb, Ümummilli Liderin ölkəmizdə ev və xatirə muzeylərinin əsas təşəbbüskarı olduğunu vurğulayıb, təqdim olunan kitabların Heydər Əliyev ilinə layiqli hədiyyə olduğunu bildirib.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, f.e.d. Gülbəniz Babaxanlı və Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, s.ü.f.d. Ülkər Talıbzadə çıxışlarında konfransın elmi və praktik əhəmiyyətindən danışaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə mədəniyyətin inkişafı naminə gördüyü işlər, göstərdiyi misilsiz xidmətlərin elmi-nəzəri tədqiqata cəlb edilməsinin əhəmiyyətini vurğulayıblar. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin mədəniyyət siyasətinin uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıblar.

Konfransın plenar iclasında Hüseyn Cavidin Ev Muzeyinin direktoru, professor Gülbəniz Babaxanlı "Heydər Əliyev və Azərbaycanda ev-muzeyləri”, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, dosent Ülkər Talıbzadə "Ulu Öndər Heydər Əliyev – Azərbaycan mədəniyyətinin himayədarı”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla Bayramova "Milli mədəniyyətimizin himayədarı”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli "İki xalqın fəxri”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, f.e.d. Lütviyyə Əsgərzadə "Azərbaycanda muzeylərin yaradılmasının memarı”, Cəfər Cabbarlı Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı "Heydər Əliyev və Cəfər Cabbarlı ədəbi irsi”, Mirzə Ələkbər Sabirin Şamaxıdakı Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə "Mədəniyyətimizin böyük hamisi Heydər Əliyev” mövzularında məruzə ediblər.

Ümumilikdə konfransda 20-dən çox məruzə dinlənilib. Bölmə iclaslarında Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səttar Bəhlulzadə, Səməd Vurğun, Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı, Mirzə Ələkbər Sabirin Şamaxıdakı Ev Muzeylərinin, Bülbülün Memorial Muzeyinin, Nəriman Nərimanovun Xatirə Muzeyinin, Əzim Əzimzadə və Abdulla Şaiqin Mənzil Muzeylərinin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının bir-birindən maraqlı məruzələri dinlənilib.

Oxşar xəbərlər

Bütün xəbərlər