Xəbər lentiwidget-title-icon

Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı

UNEC-də Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

UNEC-də Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Çalışmaları Uygulama və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Universitetdən "tehsilmedia.info"a verilən məlumata görə, konfransdan öncə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransın açılışında ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində universitet kollektivi qarşısında çıxışından hazırlanan videoçarx nümayiş olunub.

UNEC rektoru professor Ədalət Muradov ulu öndər Heydər Əliyevin İqtisad Universitetin 70 illiyində çıxış edərkən, universitetin inkişafı istiqamətində öz baxışlarını ortaya qoyduğunu diqqətə çatdırıb. UNEC-də həyata keçirilən islahatların ümummilli liderin həmin tövsiyələrinə əsaslandığını bildirən rektor bu istiqamətdə həyata keçirilən yenilikləri açıqlayıb.O, 2030-cu ildə UNEC-in dünyanın ən yaxşı TOP 500 universiteti sırasında yer almağı hədəflədiyini vurğulayıb. Professor Ədalət Muradov ulu öndərin arzu etdiyi universitetin UNEC timsalında reallaşdırıldığını və bundan qürur duyduğunu ifadə edib.

Sonra Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda ali təhsilin inkişafı istiqamətində qarşıya qoyduğu konseptual ideyalarını açıqlayıb. Bildirib ki, ulu öndər təhsil sistemində hər bir yenilənmənin təkamül yolu ilə aparılmasının, prioritet istiqamətlərin müəyyənləşdirilməsinin, Azərbaycanın öz təhsil modelinin yaradılmasının, müstəqil Azərbaycanın təhsil sisteminin milli zəminə söykənərək, ümumbəşəri dəyərlərə əsaslanmasının vacibliyini vəzifə olaraq qarşıya qoymuşdu. Misir Mərdanov ali təhsil sahəsində mövcud problemlərdən və onların həlli yollarından da danışıb.

Tədbirdə çıxış edən Türkiyənin İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Çalışmaları Uygulama və Araşdırma Mərkəzinin müdiri prof. Yaşar Sarı rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyevin siyasi fəaliyyəti və misilsiz xidmətlərinin Azərbaycan-Türkiyəyə münasibətlərinə qazandırdığı töhfələrdən söz açıb.

Sonra UNEC-in tədris işləri üzrə prorektoru dosent Gəray Musayev "Heydər Əliyevin ali təhsil siyasəti və yeni universitet modeli” mövzusunda təqdimatla çıxış edib.

Beynəlxalq konfrans prorektorların moderatorluğu ilə "Ali təhsil sistemində yeni idarəetmə modeli”, "Rəqəmsal təhsil modelinin tətbiqi”, "Ali təhsilin beynəlmiləlləşməsində UNEC modeli” mövzularında dəyirmi masalarla davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər