Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Ruhanilər ədəbi nümunələrin dərslikdən çıxarılmasını istəyirlər - Əyyaş, oğru, qatil tanrılar

Ruhanilər ədəbi nümunələrin dərslikdən çıxarılmasını istəyirlər - Əyyaş, oğru, qatil tanrılar

Kulis.aza istinad etməklə yazıçı, tərcüməçi Etimad Başkeçidin "Ədəbiyyatın bir fənn kimi nə vaxtsa..." adlı yeni məqaləsini təqdim edir.

Ədəbiyyatın məktəb proqramından çıxarılması və ya fakültativ şəklində tədrisi ilə bağlı dünyanın ayrı-ayrı yerlərində fikirlər səsləndirilməkdədr..

Əslində, bu məsələnin çox uzun tarixi var.

Dünyanın ən böyük filosoflarından sayılan Platon, ümumiyyətlə, şairləri (o vaxtlar faciə və komediyalar da nəzmdə yazıldığı üçün, bütün ədəbiyyatı şairlər təmsil edirdi) öz virtual dövlətindən qovmaq istəyirdi.

Ətraflı
Səbuhi, bircə ona sevinirəm ki...
“Həyat eşqi”ni yazıb intihar edən yazıçı
Minlərlə kişiylə münasibətdə olan qadın kimdir? - Allahla danışan usta
Deyirdi ki, ədəbiyyat dərrakəyə, şüura istinad etmədiyi üçün cəmiyyətə ziyan vurur. Platon rasional və sərt sosial praqmatizmlə uyuşmayan Homerin poemalarını belə senzuraya məruz qoyulmasının tərəfdarıydı.

Axı əyyaşlıq edən, oğurluqdan çəkinməyən, bir-birinə kələk gələn, günahsız insanların başına min oyun açan, hətta öldürən və s. tanrıların nümunəsində necə sağlam nəsil yetişdirəsən?

İslam doqmatikasında da şairlərə münasibət birmənalı deyil. Bu günlərdə oxuyuram ki, Rus Pravoslav Kilsəsinin yüksək çinli ruhanisi, ixtisasca filoloq olan bir protoirey Buninin «Qafqaz», Çexovun «Sevgi haqqında», Kuprinin «Yasəmən kolu» kimi əsərlərin hansısa mülahizələrlə dərsliklərdən çıxarılmasını tələb edir. Ona başqa ruhanilər də dəstək verir.

Təbii ki, bu gedişlə totalitar düşüncəyə xas başqa bu tip təşəbbüslər də irəli sürüləcək. Bunlar ədəbiyyatı «vintcik və təkərcik» kimi görmək istəyən Lenin babanın xələfləridir.

İnsaf naminə deməliyik ki, bir çox sosial araşdırmaçılar və ya onların dəstəkçiləri də bənzər fikirlər səsləndirir. Onların dediyindən belə qənaət hasil olur ki, uğura, sosial komforta çatmaq istəyi ilə ədəbiyyat sevdalısı olmaq bir araya sığmır, hətta bir-birinə zidd məsələlərdir.

Nümunələrin mütləq əksəriyyəti bunu göstərir. Bundansa tətbiqi əhəmiyyəti olan digər yaradıcı fənnlərə üstünlük vermək lazımdır. Belə baxanda, doğrudan da, qarıları baltalamış Raskolnikovun motivləri haqqında saatlarla, günlərlə baş sındırmaq orta məktəb şagirdinin nəyinə lazımdır? Pul üçün öldürüb də! Yaxud «İdiot»un qəhrəmanı Nastasya Filippovna niyə Roqojinin pullarını oda atıb yandırıb?

Bunu araşdıran və alim adı alan müxtəlif fikirli, vacib görkəmli sənətkarların hamısının yazılarını oxumaqla nə əldə edirsən? Sən inşalar yazırsan, dərsdənkənar məşğələlərə qatılıb, müəllifin nə demək istədiyini araşdırırsan, dərnəklərə yazəlırsan, hansısa proyektlərdə iştirak edirsən. Bir gün ayılırsan ki, yaş qırxa çatıb, ontoloji məsələlərlə o qədər uğraşmayan tay-tuşların oğul-uşaq sahibidir, öz həyatını qurub, səninsə nə iqtisadiyyatdan, psixologiyadan, nə də siyasətdən başın çıxır.

Əvəzində alternativ, evfemer, mövcud olmayan nəsnələr üzrə mütəxəssissən və çox zaman heç nəyin yiyəsisən. Yəni hər şey qədərində yaxşıdır… Ədəbiyyatın bir fənn kimi nə vaxtsa məktəb proqramından çıxarılacağına inanmıram. Çıxarılsa belə, indiki internet və kommunikasiya texnologiyaları dövründə mənasız iş görmüş olacaqlar. Onsuz da, çox zaman orta məktəblərdə insanları ədəbiyyatdan iyrəndirməklə məşğul olurlar.

Oxşar xəbərlər

Bütün xəbərlər