Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Tələbələr 1-2 bala görə kəsilir ? – Universitetlərdən CAVAB

Tələbələr 1-2 bala görə kəsilir ? – Universitetlərdən CAVAB

Məlumdur ki, hər bir ali təhsil müəssisəsində Apellyasiya Komissiyası fəaliyyət göstərir. Belə ki, həmin komissiyanın fəaliyyəti tələbələrin nəticələri ilə bağlı şikayətlərə baxılmasıdır.

Tələbələrin bir qismi bu fəaliyyəti müsbət qarşılasa da, bəziləri isə narazıdır.

Apellayasiya Komissiyasının fəaliyyəti ilə bağlı universitetlərə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq Azərbaycan Universitetinin (AU) mətbuat katibi Lalə Dilanova bildirib ki,imtahan sessiyası dövründə Azərbaycan Universitetində ixtisas kafedralarına uyğun olaraq Apellyasiya Komissiyası da fəaliyyət göstərir:

“Bütün işlərə tamamilə obyektiv şəkildə baxılır və tələbənin şikayəti əsaslıdırsa, təmin edilir. Əsassız şəkildə isə 1-2 bal olsa belə bal artımı təbii ki, yolverilməzdir”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova qeyd edib ki, Apellyasiya Komissiyası imtahanlarla bağlı şikayətləri araşdırmaq üçün yaradılır:

“Bu şikayətlərin əsası olmalıdır. Əsassız şikayətlərə görə hansısa tələbəyə bal artırılması mümkün deyil”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova söyləyib ki, universitetdə imtahan sessiyası dövründə imtahan qərargahı, Apellyasiya Komissiyası fəaliyyət göstərir:

“İmtahan nəticəsindən narazı olan tələbələr İmtahan qərargahına müraciət edərək, hər həftənin şənbə günü keçirilən “Açıq qapı”ya yazılaraq, rektorla görüşə bilirlər. Eyni zamanda Apellyasiya Komissiyasına onlayn qaydada müracət edə bilirlər.

Tələbənin müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra, əgər şikayət əsaslı sayılarsa, tələbəyə müvafiq bal əlavə olunur. Əsassız hesab olunan müraciətərə görə isə bal əlavə olunmur”.

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, Apellyasiya Komissiyası tələbə biliyinin obyektiv qiymətləndirilməsi üçün yaradılmışdır:

“Əgər tələbənin iddiasında həqiqət varsa, apellyasiya da öz əksini mütləq tapacaqdır.”

Bakı Dövlət Universitetindən qeyd edilib ki, proses obyektiv qiymətləndirilibsə, dəyişilmir.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirib ki,universitetdə həm imtahan qərargahı həm də Apelliyasiya Komissiyası fəaliyyət göstərir:

“Tələbələr ballarından qane olmadıqda müraciət edirlər. Birbaşa güzəşt hazırda nəzərdə tutulmur, amma tələbələrin imtahan nəticələrinə uyğun qərar verilir. Əgər həqiqətən yazılan bal artırılmalıdırsa, nəticəsinə əlavə olunur. Bu baxımdan tələbələrə hər hansı problem yaradılmır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, universitetdə imtahan sessiyası boyunca rektorun rəhbərliyi ilə Apellyasiya Komissiyası fəaliyyət göstərir.

“Apellyasiya Komissiyasında tələbələrin müraciətinə mütləq baxılır və əgər tələbənin əsası varsa, tələbəyə 5-10 bal verilə bilər. həmin prosesə mütləq imtahanı yoxlayan müəllim və eyni zamanda həmin ixtisas üzrə başqa ekspert cəlb olunur. Əgər tələbənin balı aşağı yazılıbsa, mütləq balı artırılır. Bu əksinə də ola bilər.

Adətən bu məsələyə universitet humanist yanaşır. Heç kim deyə bilməz ki, sən bu tələbəyə artıq bal yaz. Tələbənin təqaüdə düşmək üçün və ya kəsilməmək üçün 1 bala ehtiyacı varsa,həmin namizədə maksimum dərəcədə kömək etməyə çalışılır. Əgər kömək imkanı yoxdursa, tələbəyə hətta güzəşt edilərək qiymət yazılırsa və 1 balla kəsilirsə təbii ki, bu artırılmır. Nəticədə bu imtahan birinin qiymətinin artırılması digərinin haqqını tapdalanmasıdır”

Azərbaycan Tibb Universitetindən (ATU) məlumat verilib ki,universitetdə artıq illərdir ki, şəffaflığı nəzərə alaraq imtahanlar tam elektronlaşıb:

“Ona görə də heç bir bal artımı yoxdur. Belə ki, tələbə imtahan verdiyi an bitiş düyməsini basdıqda artıq aldığı balı bilmiş olur. Apellyasiya komissiyamız var və şikayətlər olduğu zaman məsələyə baxılır.
Bununla yanaşı olaraq universitet rektoru və böyük Elmi şuranın qərarına əsasən appelyasiya haqqında ətraflı əsasnamə yaradılıb.

Bu əsasnaməyə görə əgər bir tələbənin bir iddiası olarsa, həmin suala baxılır, tələbənin şikayəti əsasında əgər səhvlik varsa nəticə dəyişdirilir. Təbii ki, bu proses sual sayına görə tənzimlənir”.

Oxşar xəbərlər

Bütün xəbərlər