Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Anadan oğluna təsirli məktub...

Anadan oğluna təsirli məktub...

20 yaşına məktubum...

Canım oğlum! Bu söz birləşməsini yazmaqdan, onu dəfələrlə təkrar- təkrar söyləməkdən, qanımda və ruhumda hiss etməkdən daha qürurverici hal tanımıram, yəni yaşamadım.
Birlikdə keçdik, 20 payızı, 20 qışı, 20 dərs ilini, 20 - yə sığmayan zarafatı, gülüşü, əyləncəni, xəstəliyi.
Bilirəm ki, sənə oğlum kimi baxmadım, yəni valideyn kimi öhdəliklər qoymadım, azadlığına zərrə qədər müdaxilə etmədim, empatinin ədədi silsiləsini yaşadım.
"Sən nə etdin?" sualını vermək o qədər mənasızdır ki... Çünki həmişə yaxşı oldun, narahatlıq, dilxorçuluq gətirən heç bir hal yaşatmadın mənə. Özünü təkbaşına sıfırdan yaratdın, istəyinə nail oldun, məqsədlərinə nail olmağı hədəf götürdün və bacardın.
Söhbət valideyn və övlad prizmasından çoxdan çıxıb, ta sən balaca olandan bu günə qədər iki həmfikir, iki film izləyən, iki yağışlı havanı eyni zövqlə bölüşən, iki zarafata eyni reaksiya verən, hətta iki imtahanı eyni həyəcanla başa vuran insanlar halına gəlib. Bu necə və nə vaxt baş verib deyə bilmərik.
Demək istəyirəm ki, istəmirəm həmişə belə qalasan. İstəyirəm kamilləşmə yolunu seçəsən, bir ilin o birindən fərqlənsin, daha inkişaf etmiş şəxsiyyət ilin kimi yadında qalsın. Dayanmayasan, kimlərinsə sözünə görə yolunu dəyişməyəsən, kimlərsə sənin ruh halına zərrəcə təsir edə bilməsin. Hadisələrə fərqli baxış bucağını itirməyəsən, fərqliliyindən yorulmayasan, bununla fəxr edəsən.
Heç bir halda, heç kəsə görə xarakterindən yəni vicdanından, sözündən, davranışından xərcləməyəsən.
Öz arzularından heç kimə, hətta mənə görə də əl çəkməyəsən. Çünki sən şəxsiyyətsən, çünki həyat sənə bir dəfə verilib, çünki sən nə olursa olsun bu həyata gülümsəməlisən, yeri gələndə ona lağ etməlisən və həyatı rahat yaşamalısan. Yaşamaqdan zövq almağın fəlsəfəsini öyrənməlisən. Kədərin yaradıcılıq olduğunu, insanların gəlib keçici, onların diyğularının ötəri olduğunu bilməlisən.
Özün özünlə barışıqda, sevgidə olduğun təqdirdə, insanlar da, həyatın qəliz hadisələri də sənə gur yaz yağışından sonrakı günəş kimi gələcək.
Bilirsən, Fərid?! ❤
Günəşi ən soyuq günlərdə də, ömrünün ən qaranlıq gecəsində də ürəyindən uzaq tutmayasan. Və anamın mənə, mənim də sənə hədiyyə etdiyim günəşli düşüncələri, xarakteri sən də övladına ötürəsən.
Əminəm ki, məktubum nəsihət deyil. Əminəm ki, onu oxuyub, ən gözəl cavabı mənə yaza bilərsən. Bir də əminəm ki, sabahkı imtahanı da verəcəksən. Bunlar boş şeylərdi, təki ömrün imtahanından üzüağ çıxasan, canım mənim ❤
Və məktubun arxa hissəsində bu gün oxuduğum dost yazısını sənə göndərirəm.
Tomas Alva Edison məktəbdə cəmi 3 ay oxumuşdur. Müəllimi onu "kütbeyin" adlandıraraq məktəbə yararsız olduğunu bildirdikdən sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdur. Edison sonralar yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nə isə etməli oldum".
Edison gerçəkdən dünya şöhrətli amerikalı bir ixtiraçı və böyük sahibkar olmağı bacardı. Onun Amerikada 1098, dünyada 3 min potenti mövcuddur. Təkcə telefon danışığının əvvəlinə "alo" sözünü müraciət formasında gətirməsi onun məşhurluğu üçün kifayət edir.
Bir gün Tomas Edison evə gələndə anasına bir kağız verdi və dedi: "Müəllimim bu kağızı mənə verdi və anana ver dedi". Anası göz yaşları içində kağızdakıları oğluna ucadan oxudu: “Oğlunuz dahidir. Bu məktəb onun üçün çox kiçikdir və onu öyrədəcək qədər müəllimimiz yoxdur. Zəhmət olmasa, onu özünüz öyrədin."
Edisonun anası uzun illər sonra dünyasını dəyişəndə əsrin ən böyük alimlərindən biri idi və bir gün köhnə əşyalarına baxarkən birdən bir rəfin küncündə qatlanmış bir kağız tapdı və oxumağa başladı. Kağızda deyilirdi: “Oğlunuz çaşqın (ruhi xəstə) uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik” yazılmışdı.
Saatlarla ağladıqdan sonra Edison gündəliyinə aşağıdakı sətirləri yazdı: “Tomas Alva Edison qəhrəman bir ana tərəfindən əsrin dahisinə çevrilən axmaq bir uşaq" idi.

Könül Nuriyeva

Oxşar xəbərlər

Bütün xəbərlər