Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Gəncədə Cavad xanın xatirəsi anılıb - FOTO

Gəncədə Cavad xanın xatirəsi anılıb - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.

tehsilmedia.info xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarına tər çiçəklər düzərək ruhuna dualar oxuyublar.

Xatırladaq ki, 220 il əvvəl - 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar.Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian Təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən, mexaniki olaraq həmin tarix göstərilib. Ancaq köhnə rus tarixi mənbələrində 03 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib, bu da, 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.

Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2023-cü ildə Gəncə Şəhər İcra Hakimimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, türbənin dam örtüyü, fasad və daxili hissəsi təmir olunub.

Gəncədə Cavad xanın xatirəsi anılıb - FOTO

Gəncədə Cavad xanın xatirəsi anılıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər