Serbiyada 14 yaşlı yeniyetmə məktəbdə 9 nəfəri qətlə yetirib

Bu gün Belqradın mərkəzindəki orta məktəbdə həmyaşıdlarına atəş açan 14 yaşlı yeniyetmə azı 9 nəfəri öldürüb.
tehsilmedia.info xəbər verir ki, bu barədə "Veçerne Novosti” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 7-ci sinif şagirdi əvvəlcə mühafizəçini, sonra isə dəhlizdə olan 8 şagirdi güllələyib.



























