Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AzTU-da konfrans keçirilib

AzTU-da konfrans keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib. Konfransda AzTU-nun rektoru professor Vilayət Vəliyev, Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova və universitetin müəllim-tələbə heyəti iştirak edib.

Bu barədə universitetdən tehsilmedia.info - a məlumat verilib.

Bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub. Daha sonra Şəhidlər xiyabanı və “Türk Şəhidliyi” abidəsi ziyarət olunub.

AzTU-da davam etdirilən tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Konfransda açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinin qeyd olunması qardaş ölkələr üçün əlamətdar hadisədi. Bu mühüm tarixlərin məhz ərazi bütövlüyünü və suvereliyini tam bərpa etmiş Qalib Azərbaycanda qeyd olunması qürurvericidir. Fəxr hissi ilə qeyd etmək lazımdır ki, bu gün qardaş ölkələrin əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran qardaş ölkələr üçün əlamətdar tarixlər münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin anlarda xalqının yanında olub. Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Bu mənada ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinin Azərbaycan və Türkiyənin hər yerində qeyd olunması doğmalığın, rəğbətin, həmrəyliyin bariz nümunəsidir.

Sonra AzTU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Həbib Mirzəyev, Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Yonca İldeşin və İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşı Özləm Pınar Oran Azərbaycan və Türkiyə əlaqələrinin tarixi ilə bağlı geniş təqdimatla çıxış ediblər.

Konfransın bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Milli Avaz” xorunun ifasında “Çırpınırdın, Qara dəniz” və "Ey əziz anam, Azərbaycan" mahnıları səsləndirilib.

Tədbir “Su səsi” rəqs qrupunun çıxışı və tələbələrin ifasında şeir kompozisiyası ilə başa çatıb.

Oxşar xəbərlər

Bütün xəbərlər