Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Boykot” – sifarişli təxribatdır

“Boykot” – sifarişli təxribatdır

Azərbaycan xalqı gələn ilin fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Artıq namizədlərin qeydiyyata alınması prosesinə start verilib.
Ənənəsinə sadiq qalan AXCP siyasi acizliyinin və məğlubiyyətinin növbəti etirafını etdi. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç oldu. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçdi.
Seçkidə hər kəsə bərabər imkanlar yaradılır. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb.
Aydın məsələdir ki, “boykotun” qarşısında məkrli hədəflər durur. Qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni “imkanlar” yaratmaq, öz zəifliyini gizlətmək və cəmiyyətdə emosional gərginliyə nail olmaq, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq, seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün səbəblər yaratmaqdır. Bəhanələri uzatmaq da olar, amma qısaca deyərdim ki, bu hərəkət demaqoqların mənəvi məğlubiyyətidir. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir.
“Boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olub. Təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar.
Sağlam rəqabət əvəzinə təxribatları seçən destruktiv müxalifətin seçkiləri qərəzli şəkildə boykot etməsi ilə xarici qüvvələrə xidmət edən siyasi təxribat törətdiklərinin fərqindəyik.
“Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır.
Seçkilərdə biabır olacaqlarını qaragüruhlarla yanaşı ağaları da çox yaxşı bilir. Ona görə də “boykot” – sifarişli təxribatdır desək yanılmarıq. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə edirlər. Azərbaycan xalqı qalib xalqdır. Azərbaycan xalqı ağı qaradan çox gözəl seçir.
Xalq ucuz və hiyləgər addımın arxasında nələrin dayandığını çox yaxşı bilir. “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir.
Beynəlxalq münasibətlər sistemində hələ də tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Ona görə də ikili standartlar siyasətindən istifadə edənlər əmin olsunlar ki, məkrli planları növbəti dəfə fiaskoya uğrayacaq.
Seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyalara təhrik etməkdir.
Azərbaycan xalqı seçkilərdə iştirak edəcək və öz layiqli prezidentini seçəcək.

Məşhur Məmmədov,
Millət vəkili

Oxşar xəbərlər

Bütün xəbərlər