Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Arxeoloq alim Masallı rayonunda elmi ezamiyyətdə olub - FOTO

Arxeoloq alim Masallı rayonunda elmi ezamiyyətdə olub - FOTO

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d., dosent Anar Ağalarzadə Masallı rayonunda elmi ezamiyyətdə olub.

İnstitutdan "tehsilmedia.info" a bildirilib ki, ezamiyyətdə məqsəd Masallı rayon Tarix Diyarşünaslıq Muzeyində saxlanılan “Muğan arxeoloji mədəniyyəti”nə aid materialların, eyni zamanda 2022-ci ildə rayonun Əminli kəndi ərazisindən təsadüfən tapılan Atropatena dövrünə aid tapıntıların üzərində elmi tədqiqatlar aparmaq olub.

Ötən il rayonun Əminli kəndi ərazisində, kənd sakinlərindən birinin həyətyanı sahəsində təsərrüfat işləri aparılarkən təsadüfən aşkarlanmış küp qəbirə əsasən müəyyən edilmişdi ki, ərazi böyük nekropoldur. Kənd sakinlərinin dediyinə görə, XX əsrin 80-90-cı illərində ətrafda yaşayış evləri tikilən zaman bu tip çoxlu sayda küplər üzə çıxmış və təəssüflər olsun ki, qəbirlər dağıdılmışdır.

Qeyd etmək lazımdır ki, Əminli qəbrinin dəfn avadanlığı içərində sarmat-alan və Parfiya mənşəli məmulatlar aşkarlanmışdır. Bəzəklərdən iki ədəd tunc sırğa qalın halqavari məftildən olub kəskin rütubətin təsirindən ciddi korroziyaya uğramışdır. Digər əşya da qalın tunc məftildən düzbucaqlı formada hazırlanmış kəmər başlığıdır. Sadə formalı kəmər başlığının eni və uzunu simmetrik olub 3,5 sm-dir. İnsan skeletinin yanından tapılmış 1 ədəd dəmir xəncər rütubətin təsirindən güclü korroziyaya uğramışdır. Əminli küp qəbrindən tapılan xəncər sarmat tipli olmuş və onun oxşarlarına Mərkəzi Asiyada, Qara dənizin şimal sahilləri və Krımda, Don və Dnepr çaylarının ətrafındakı sarmat abidələrində, Şimali Qafqaz, Dağıstan və eləcə də Azərbaycanın sarmat-alan dövrünə aid arxeoloji abidələrində kifayət qədər rast gəlinmişdir.

Xəncərin yanında tapılmış 1 ədəd sümük dəstəkli bıçaq da maraqlı tapıntıdır. Sümük dəstəyin üzərindəki həndəsi və nəbati təsvirli naxışlar maraq doğurur. Hər iki tərəfin sonluğunda batıqlardan ibarət bir cərgəli naxışlardan sonra rombşəkilli təsvirlər əhatələyir. Belə oxşar texnikalı naxışlar və rombvari təsvirlər Krım yarımadasındakı Fanaqoriya şəhərinin son antik dövr təbəqəsindən və sarmat dövrünə aid Karpat-Mədənçi abidəsindən aşkar edilmiş piksidlərin (parfümeriya qablarının) üzərindən məlumdur.

Əminli küp qəbrindəki insan skeletinin ağız hissəsindən 1 ədəd sikkə də aşkar olunub. Sikkə rütubətin təsirindən çox güclü aşınmaya məruz qalıb. Pulun üzərində numizmat, t.ü.f.d., dosent Akif Quliyev tədqiqat işi aparmışdır. Onun gəldiyi nəticəyə görə, bu aşağı əyarlı və Ekbatan zərbi olan Parfiyaya məxsus gümüş draxmadır. Bu sikkə Qotarsın draxmaları tipində imitasiya kimi hazırlanmış və tədavüldə istifadə edilmişdir.

Ezamiyyət müddətində rayonun Bədalan və Məmmədoba kəndlərinə səfər edilmiş və bu kəndlərin ərazisində böyük ölçülü kurqanlar qeydə alınmışdır. Bədalan və Məmmədoba kurqanları bir-birindən təqribən 1 km aralıda salamat vəziyyətdə olub, diametrləri təxminən 50 m, hündürlükləri 5-6 metrə çatır. Bölgənin Tunc-İlk Dəmir dövrünə aid dəfn adətlərinin izlənilməsi üçün bu kurqanların qazılmasının böyük əhəmiyyəti vardır. Nəzərə alsaq ki, vaxtilə XX əsrin 60-70-ci illərində bölgədə təsərrüfat işləri zamanı dağılmış kurqanlardan zəngin dəfn avadanlıqları üzə çıxmış və zaman-zaman rayon muzeylərinə təhvil verilmişdir. Lakin bu günə qədər bu tip heç bir nəhəng kurqanda əsaslı şəkildə qazıntıların aparılmaması bölgənin bəhs olunan dövr dəfn adətləri haqqında kifayət qədər məlumat vermək imkanları xaricindədir. Bütün bunlara əsasən müəyyən edilmişdir ki, rayon ərazisində gələcəkdə arxeoloji qazıntıların aparılması zəruridir.

Arxeoloq alim Masallı rayonunda elmi ezamiyyətdə olub - FOTO

Arxeoloq alim Masallı rayonunda elmi ezamiyyətdə olub - FOTO

Arxeoloq alim Masallı rayonunda elmi ezamiyyətdə olub - FOTO

Arxeoloq alim Masallı rayonunda elmi ezamiyyətdə olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər