Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

AzMİU-da ortaq konfrans keçirilib

Bilkent Universitetində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Bilkent Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə "Türkiyə Cümhuriyətinin qurulmasının və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” adlı konfrans keçirilib. 

tehsilmedia.info bildirir ki, bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə ümummilli lider, ulu öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün, 6 fevral zəlzələsində həyatını itirən şəxslərin, türk və azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca hər iki ölkənin himnləri səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən tədbir iştirakçılarına ünvanlanmış məktub oxunub. Məktubda Heydər Əliyevin müstəqil Azərbaycanın bütün sahələrinin tərəqqisində əvəzsiz xidmətlərindən, xüsusilə onun rəhbərliyi altında həm Sovet dövründə, həm də müstəqillik illərində ölkəmizdə təhsili sahəsinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən, eləcə də Ümummilli Liderin Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi böyük önəmdən bəhs edilib.

Bilkənt Universitetinin rektoru professor Kürşat Aydoğan çıxışında Bilkent Universitetinin təsisçisi, tanınmış elm xadimi mərhum İhsan Doğramacı ilə Heydər Əliyev arasında səmimi dostluq əlaqələri, bu əlaqələrin iki qardaş ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın dərinləşdirilməsində rolu barədə danışıb.

AzMİU-nun prorektoru professor Akif Qasımov öz çıxışında konfrans iştirakçılarını universitetin rektoru professor Gülçöhrə xanımın adından salamlayıb və konfransın işinə uğurlar diləyib. Eyni zamanda Bilkənt universitetinin rektoruna mötəbər tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib.

Prorektor bildirib ki, Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək vətənpərvərlik, uzaqgörən və məqsədyönlü qərarları sayəsində Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin sürətli və davamlı inkişafa nail olunub. II Qarabağ müharibəsində ölkəmizin parlaq zəfərinə diqqət çəkən professor A.Qasımov Azərbaycan ordusunun qurulmasında Ulu Öndərin sonsuz xidmətlərini qeyd edib, Ümummilli Liderin xüsusi həssaslıqla yanaşdığı və möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə qardaşlığının strateji əhəmiyyətindən danışıb. 

Prorektor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Türkiyə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub və bütün sahələr, o cümlədən ali təhsil üzrə faydalı əməkdaşlıqlar həyata keçirilir. 

Milli Məclisinin deputatı Vüqar İskəndərov və ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev öz çıxışlarında iki qardaş dövlət arasındakı münasibətlərin bugünkü səviyyəsindən, Ulu Öndərin bu münasibətlərin formalaşmasındakı rolundan, Şuşa Bəyannaməsindən və əlaqələrimizin müttəfiklik səviyyəsinə yüksəlməsindən bəhs ediblər.

Daha sonra Bilkənt Universitetinin professoru Seçkin Köstem "Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin xarici siyasəti və Azərbaycan”, AzMİU-nun kafedra müdiri professor İslam Mustafayev isə "Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı” mövzusunda məruzələrlə çıxış ediblər. 

Məruzələrdə Türkiyə xarici siyasətində Azərbaycanın dəyişməz yeri, Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın təşəkkülündə, dərinləşdirilməsində və ölkəmizin bugünkü inkişaf səviyyəsinə yüksəlməsindəki roluna toxunulub. 

Konfransın sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib və iştirakçılar üçün konsert proqramı nümayiş olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər