Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Sertifikasiyadan imtina edən müəllimlər... - Onları nə gözləyir?

Sertifikasiyadan imtina edən müəllimlər... - Onları nə gözləyir?

Xəbər verdiyimiz kimi, növbəti il sertifikasiya müsabiqəsində 31min müəllimin iştirakı nəzərdə tutulur.

Belə ki, müsabiqədə 11290 Riyaziyyat , 1284 Azərbaycan dili (dövlət dili kimi), 12035 İngilis dili, 5868 rus dili və ədəbiyyat üzrə (rus bölməsi) , 236 Alman dili, 322 Fransız dili müəlliminin cəlb olunması planlaşdırılır.

Sertifikasiya iştirak etməkdən imtina edən müəllimlər də var. Bəs onların aqibəti necə olacaq? Həmin müəllimlər məcburi şəkildə sertifikasiyada iştirak etməlidirlərmi?

tehsilmedia.info AzEdu.az - a istinadən xəbər verir ki, bu mövzu ilə bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə müraciət edib.

Mərkəzdən bildirilib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

“Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir”.

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov müəllimlərin sertifikasiya prosesinə ciddi yanaşmaları gərəkdiyini söyləyib:

“İlk növbədə qeyd edim ki, hazırda 4432 orta ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim çalışır. Müəllimlərin ilk dəfə bilik və bacarıqlarının yoxlanılması 2014-1018-ci illərdə diaqnostik qiymətləndirmə imtahan prosesi ilə həyata keçirilib. Yeni prosedur qayda olaraq isə müəllimlərin sertifikatlaşdırılmasına başlanılıb".

Ekspert sertifikasiyanın müəllimlər üçün zəruri olduğunu vurğulayıb:

"Düşünürəm ki, birmənalı şəkildə sertifikasiya prosesi zəruridir. Hər kəs işin ciddiyyətini anlamalı və hazırlıqlı olmalıdır. Məlumdur ki, müsabiqə şərtini ödəməyib, təkrar sertifikasiyada iştirak edən və yenə məqbul bal toplamayan müəllimlərin əmək müqaviləsinə xitam verilir".

K.Əsədov onu da qeyd edib ki, müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtina edərsə, onunla bağlanmış müqaviləyə xitam veriləcək:

“Müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtina edərsə, onunla bağlanmış müqaviləyə xitam veriləcək. Düşünürəm ki, bütün müəllimlər sertifikasiyaya cəlb edilməlidir. O demək deyil ki, onların biliklərinə şübhə edirlər. Sadəcə olaraq uzun müdətdir ki, onların yoxlanılması həyata keçirilməyib. Və keçirilən bu sertifikasiya imtahanları onların öz üzərilərində işləməsinə stimul verir”.

Oxşar xəbərlər

Bütün xəbərlər