Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Elmi-tədqiqat institutları, universitetlər və alimlərin ilk dəfə reytinq siyahısı açıqlanıb

Elmi-tədqiqat institutları, universitetlər və alimlərin ilk dəfə reytinq siyahısı açıqlanıb

2023-cü ilin ikinci rübünün elmi nəticələrinə əsasən, ölkədə fəaliyyət göstərən universitet və elmi-tədqiqat institutlarının beynəlxalq səviyyədə reytinq sıralanması - "Azeri National H-index Ranking-2023” açıqlanıb.

Aşqarlar Kimyası İnstitutundan "tehsilmedia.info"a bildirilib ki, reytinq siyahılarının formalaşması üçün 20 mindən çox alim və mütəxəssisin profili və 150 minə yaxın elmi nəşr təhlil edilib. Nəticə etibarilə "Web of Science”, "Scopus” və "Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanda lider elmi təşkilatların reytinq siyahısı müəyyən edilib. Bundan əlavə, ölkənin ən yaxşı 1000 elmi işçisinin ayrıca reytinq göstəriciləri "Scopus” və "Google Scholar”dakı Hirş indeksinə əsasən dərc olunub. Ümumilikdə Azərbaycanın 83 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilib. Bunlardan 10-u "Elmi potensial liderlər” statusunu, 20-dən çoxu isə "Yüksək elmi potensial” statusuna daxil edilib. Digər tədqiqat müəssisələri "Reytinq üzvləri” adlandırılıb.

Aşqarlar Kimyası İnstitutu milli H-indeksi (National H-index) 17 olmaqla reytinq siyahısında 18-ci yerdə qərarlaşıb. Elmi müəssisənin H-indeksi "Web of Science” və "Google Scholar” üzrə 21, "Scopus” üzrə isə 20-yə bərabərdir. Reytinq siyahısında ilk 3 yeri Azərbaycan Milli Elmlər Akademiyası, Fizika İnstitutu və Bakı Dövlət Universiteti bölüşür. Bundan başqa, H-indeksi göstəricilərinə ("Google Scholar” və "Scopus” H-indeksləri) əsaslanaraq Azərbaycanda elmi məhsuldarlığın liderləri, eyni zamanda, hər bir elmi təşkilatda ən məhsuldar 1000 araşdırıcı müəyyən edilib. Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev və icraçı direktor kimya elmləri doktoru Əfsun Sucayev ən məhsuldar 100 alimin reytinq siyahısına daxil olublar.

Qeyd edək ki, "Azeri National H-index Ranking” Azərbaycanda araşdırıcılara vacib bir alət hesab olunur, onlara elmi məhsuldarlıqlarını və dünya elmi arenasındakı təsirlərini qiymətləndirmək və elmi fəaliyyətlərini daha səmərəli şəkildə inkişaf etdirmək üçün ən effektiv strategiyaları müəyyənləşdirməyə kömək məqsədi daşıyır. "Azeri National H-index Ranking-2023”ün əsas məqsədlərindən biri də Azərbaycan institutlarının dünya miqyasında təbliğini və tanınmasını genişləndirmək, beynəlxalq əməkdaşlıqlara və tərəfdaşlıqlara cəlb etməkdir. Bununla da, Azərbaycanın elmi məhsuldarlığının və beynəlxalq sahədəki təsirinin artırılması mümkün olacaq. O cümlədən reytinq Azərbaycanda elmi fəaliyyətin inkişafı və təbliğatı üçün vacib bir vasitə olacaq, ölkənin elmi və innovasiya üzrə regional mərkəzlərindən biri ola biləcək.

Oxşar xəbərlər

Bütün xəbərlər