Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Rektor: "Mingəçevir şəhəri ölkənin tərəqqisinə əhəmiyyətli töhfələr verir"

Rektor: "Mingəçevir şəhəri ölkənin tərəqqisinə əhəmiyyətli töhfələr verir"

"Azərbaycanın dördüncü böyük sənaye şəhəri olan Mingəçevirin yaradılmasından 75 il ötür. Fərəhləndirici haldır ki, şəhərin yubileyi “Heydər Əliyev İli”ndə suverenliyimizin tam bərpası şəraitində qeyd edilir. Danılmaz həqiqətdir ki, doğma şəhərimizin hərtərəfli inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin yüksək diqqət və qayğısı sayəsində şəhərin sənaye potensialı əhəmiyyətli dərəcədə artaraq ölkə iqtisadiyyatında mövqeyi güclənib. Cənubi Qafqazın ən böyük enerji qurğusu olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının Mingəçevirdə yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur”.

tehsilmedia.info xəbər verir ki, bu sözləri AzərTAC-a açıqlamasında Mingçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektor bildirib ki, dinamik inkişaf yolu keçmiş Mingəçevirin davamlı inkişafı hazırda da dövlətin diqqət mərkəzində saxlanılır:

Ölkə Prezidentinin müvafiq tapşırıqlarına əsasən aparılan quruculuq və abadlıq işləri sayəsində Mingəçevirin siması tamamilə dəyişib, müasirləşib və gözəlləşib. Xüsusilə, Mingəçevirdə hazırda inşası davam etdirilən 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyası doğma şəhərin Azərbaycanın və Qafqazın energetika xəritəsindəki mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu artıracaq".

Ş.Bayramovun sözlərinə görə, bununla yanaşı, gənc əhalinin üstünlük təşkil etdiyi Mingəçevirdə gənclər sektoru, insan kapitalının inkişafı daima yüksək diqqət və qayğı ilə əhatə olunub, gənclərin hərtərəfli inkişafı üçün bütün zəruri imkanlar təmin edilib:

"Bu baxımdan, Mingəçevirin 75 illiyində 2023-cü ilin “Gənclər Paytaxtı” seçilməsi heç də təsadüfi olmayıb və əlamətdar hadisələrdən biri kimi dəyərləndirilir.

Rektor qeyd edib ki, Mingəçevir energetiklər, ziyalılar və gənclər şəhəri olmaqla yanaşı, iqtisadi, mədəni, təhsil, səhiyyə və turizm potensialına görə regional mərkəzə çevrilir. Eyni zamanda, Mingəçevirin gözəl təbiəti və coğrafi üstünlüyü də şəhərin inkişafına və böyüməsinə geniş imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi bu fikirləri xatırlamaq bütün mingəçevirliləri qürurlandırır: “Mingəçevirin timsalında biz ümumiyyətlə, ölkəmizin inkişaf modelini görürük - güclü sənaye potensialı, sosial məsələlərin həlli, sosial infrastrukturun yaradılması və qeyri-neft sektorunun inkişafı”.

Mingəçevirin həm də qəhrəmanlar şəhəri olduğunu vurğulayan Şahin Bayramov əlavə edib: “Hər iki Qarabağ müharibəsində iştirak etmiş və böyük şücaət göstərmiş igid övladlar sırasında Mingəçevirin də təmsil olunması qürurvericidir. Hazırda özünəməxsus inkişaf yoluna qədəm qoymuş Mingəçevir müxtəlif sahələrdə ölkəmizin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Bu gün Mingəçevir Dövlət Universitetinin simasında doğma şəhərimizi təmsil etməkdən və uğurlarında pay sahibi olmaqdan fəxarət hissi duyuruq. Sevinirik ki, əsas missiyası yüksəkixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək olan universitetimiz şəhərin ekosisteminin inkişafında və ictimai həyatının canlanmasında fəal iştirak edir”.

Oxşar xəbərlər

Bütün xəbərlər