Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

Şəhid Fariz Qurbanovun anası Mehriban Əliyevaya müraciət etdi: “BALAMIN ORDEN VƏ MƏNZİL HAQQININ TANINMASINA KÖMƏKLİK GÖSTƏRMƏYİNİZİ İSTƏYİRƏM”

Şəhid Fariz Qurbanovun anası Mehriban Əliyevaya müraciət etdi: “BALAMIN ORDEN VƏ MƏNZİL HAQQININ TANINMASINA KÖMƏKLİK GÖSTƏRMƏYİNİZİ İSTƏYİRƏM”

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Şəhid anası Lətafət Sədi qızı Qurbanova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb.

tehsilmedia.info xəbər verir ki, etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Lətafət Sədi qızı Qurbanova Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayıram. Qazi bacısı və Şəhid anasıyam. Tək və subay övladım, MAXE-kəşfiyyatçı Fariz Məhəmməd oğlu Qurbanov İkinci Vətən Müharibəsi Şəhididir, özü də Azərbaycanın, Goranboyun, Qızılhacılının ilk Şəhidlərindəndir. Və bu, bir Şəhid anası kimi Sizə ünvanladığəm üçüncü müraciətimdir. Bu dəfə bir Ana kimi Sizə birbaşa müraciət etmək qərarına gəldim. Çünki Siz də bir Anasınız, Azərbaycan qızısınız, nəinki Azərbaycanımızın, bütövlükdə dünyanın rəhm, mərhəmət və şəfqət simvolusunuz, Azərbaycanımızın Fəxrisiniz. Ona görə elə bilirəm və inanıram ki, məni ən çox Siz başa düşəcəksiniz.

Öncəki müraciətlərimdə də qeyd etdiyim kimi, mənim iki övladım-bir qızım və bir oğum olub. Oğlum Fariz Qurbanov bu Vətən yolunda canını qurban verib, fəda edib, Qələbə və Zəfər Dastanı yazan Azərbaycan övladlarından biri olub. Tək və subay oğumu Vətən yolunda Şəhid vermişəm. Allah heç bir bəndəsinə, heç bir valideynə, heç bir anaya övlad, bala, oğul acısı yaşatmasın. Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın.

Balam Şəhid olan gündən bilmirəm Yerin altındayam yoxsa üstündəyəm. Hər günüm əzabla keçir. Övladımın Şəhidliyindən sonra yaxşı olmayan səhhətim, eləcə də yoldaşımın səhhəti çox pisləşib. İkimiz də şəkərdən, qan təzyiqindən əziyyət çəkirik. Dəfələrlə ölümlərdən dönmüşük, komaya düşmüşük. İkimiz də yaşlıyıq, güclə hərəkət edirik. Tək qızımız olmasa, Allah bilir bizim halımız, vəziyyətimiz necə olar. Qızım da təkdir, cavandır, bilmir bizə baxsın, bilmir kişi işinin dalınca yoxsa qadın işinin dalınca qaçsın…Bütün günü təkbaşına yollarda qalıb.

Biz qəsəbənin ən son nöqtəsində oluruq. Ora da gözdən, könüldən uzaqdır. Səhhətimiz pisləşəndə xəstəxanaya çatdırılmağımız yaxud da həkimlərin gəlməsi saatlar çəkir. Çünki qeyd etdiyim kimi qəsəbənin ən son nöqtəsində oluruq, bizdən sonra yaşayış demək yoxdur. Evlə, mənzillə bağlı müraciətlərimiz də bugünədək havadan asılı qalıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi sanki bizi Şəhid ailəsi saymır…”.

Müraciətdə sonra deyilir:

“Əzizimiz və dəyərlimiz Mehriban xanım!

Odur ki, Sizə müraciət etməklə, bir daha diqqətinizə iki vacib problemimizi və iki xahişimizi çatdırmaq istəyirəm. Birincisi, son üç ildə dəfələrlə söv verilməsinə, vəd olunmasına baxmayaraq, övladım hələ də ali ordenlərimizdən biri ilə təqdim olunmayıb. Hansı ki, dəfələrlə bizə bildirilib ki, oğlum ordenə təqdim olunub, hətta “Azərbaycan Bayrağı” ordeninə. Bu il çox ümid idik, gözləyirdik ki, Zəfər Günü ərəfəsində verilən Sərəncamda Farizimizin də adı olacaq. Ancaq çox təəssüf ki, olmadı. Yenə gözlərimiz yaşlı qaldı, övladımızın orden Haqqı tanınmadı. Ona görə bir Dərdli, Yaralı Şəhid anası kimi Sizdən övladımızın ali ordenlərimizdən biri ilə təltif olunması məsələsinə səlahiyyətləriniz daxilində dəstək verməyinizi, köməklik göstərməyinizi xahiş və rica edirəm. Çünki orden də balamın Haqqıdır.

Şəhid Fariz Qurbanovun anası Mehriban Əliyevaya müraciət etdi: “BALAMIN ORDEN VƏ MƏNZİL HAQQININ TANINMASINA KÖMƏKLİK GÖSTƏRMƏYİNİZİ İSTƏYİRƏM”

Eyni zamanda, səhhətimizin, yaşayış durumumuzun nəzərə alınaraq, Samux rayonunda Şəhid və Qazi ailələri üçün inşa olunmuş binalardan birində mənzillə təmin olunmağımıza köməklik göstərməyinizi xahiş və rica edirəm. Bu məsələ ilə bağlı özüm də, qızım da dəfələrlə Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyində, Sosial Xidmətlər Agentliyində olmuşuq, rəsmi qəbullarda iştirak etmişik. Hətta, bu ilin qışında xalqımızın sevimli qızı mərhum Qənirə xanımın qəbulunda olmuşduq. Ona da, bizə də vəd olunmuşdu ki, Samuxda mənzillə təmin olunacağıq. Amma ortada yenə də heç bir müsbət nəticə yoxdur.

Axı, biz də Şəhid ailəsiyik, axı, mən də Şəhid anasıyam?! Mənzillə təmin olunmaq bizim də Haqqımız deyilmi? Cənab Prezident də 2025-ci ilə kimi bütün Şəhid ailələrinin evlə,mənzillə təmin olunacağını bilidirib və çoxları da artıq təmin edilib. Bəs biz niyə kənarda qalmalıyıq? Biz yaşlı, qoca, xəstə insanlarıq, vallah, bu gün varıq, sabah yoxuq. Bəs bizdən sonra tək qızımızın taleyi necə olacaq? Ona görə xahiş və rica edirəm ki, Samux rayonunda mənzillə təmin olunmağımıza yaxud da Goranboy rayonunun özündə və ya Naftalan şəhərində mənzillə təmin edilməyimizə köməklik göstərəsiniz.

Xahiş və rica edirəm ki, bu məsələni birbaşa öz nəzarətinizdə saxlayasınız, çünki artıq heç kimə, heç bir quruma inanımız qalmayıb. Yeganə ümidimiz Allahımız və Sizsiniz!

İnanıram və əminəm ki, bu müraciətim nəhayət, nəzərə alınacaq, öz müsbət həllini tapacaq, balamın həm Orden, həm də mənzil Haqqı tanınacaq, ruhu sevindiriləcək.

Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm! Allah Sizi, gözəl ailənizi, cənab Prezidentimizi, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Oxşar xəbərlər

Bütün xəbərlər