Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz regionu üzrə geniş tərkibdə müşavirəsi keçirilib - FOTO

Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz regionu üzrə geniş tərkibdə müşavirəsi keçirilib - FOTO

Oktyabrın 28-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) üzrə mədəniyyət sahəsinin vəziyyətinə həsr olunan müşavirə keçirilib.

Bu barədə "tehsilmedia.info"a Mədəniyyət Nazirliyindən bildirilib.

Müşavirədə nazirliyin məsul nümayəndələri, regional idarənin tabeliyindəki mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli müşavirə iştirakçılarını salamlayıb. Qeyd edib ki, bu gün birincisi keçirilən regional müşavirə bundan sonra digər regional idarələri əhatə edəcək. Müşavirənin keçirilməsində məqsəd regionlarda mədəniyyət sahəsində olan problemləri dinləmək, onların həlli yollarını tapmaqdır: “İstərdik ki, Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinin qarşısında qoyduğu əsas vəzifələrə və öhdəliklərə uyğun olaraq ümumi strateji istiqamətləri hər biriniz biləsiniz. Məqsəd həm də fəaliyyətimizi bu istiqamətdə vahid komanda şəklində təşkil etməkdən ibarətdir".

Xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yumruq kimi birləşib şanlı Zəfər qazandığını vurğulayan nazir ötən ay Qarabağda keçirilən antiterror tədbirlərinin tariximizdəki əhəmiyyətini qeyd edib.

Nazirliyin il ərzində keçirdiyi layihələr haqqında məlumat verən Adil Kərimli milli-mənəvi dəyərlərə münasibət, kadr potensialı və digər məsələlər üzrə çatışmazlıqlara toxunub, mövcud problemlərin həlli ilə bağlı fikirlərini bildirib.

Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri çıxış edərək həyata keçirilən işlər və qarşıda duran məsələlər haqqında məlumat veriblər. Eyni zamanda regionda çalışan mədəniyyət işçilərinin fikir və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, işlə təmin olunmalarında xüsusi münasibətə görə, mədəniyyət işçiləri isə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müşavirəyə yekun vuran nazir qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını verib.

Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz regionu üzrə geniş tərkibdə müşavirəsi keçirilib - FOTO

Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz regionu üzrə geniş tərkibdə müşavirəsi keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər