Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

UNEC-də Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Bu barədə "tehsilmedia.info"a UNEC-dən məlumat verilib.

Bildirilib ki, tədbirdən öncə UNEC kollektivi Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Tədbirin açılışında görkəmli oftalmoloqun əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

UNEC-in prorektoru dosent Şaiq Əsgərov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini bildirib. Öftalmoloq alim Zərifə Əliyevanın mənalı və zəngin həyat yolunu tariximizin ən parlaq səhifələrindən biri kimi qiymətləndirən Şaiq Əsgərov, görkəmli alimin ailəsi, xalqı və dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığının gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsinin, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlarının və fundamental əsərlərinin Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhmətin, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyətin və möhtəşəm xidmətlərin durduğunu vurğulayıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, professor Rasim Hacıyev akademikin adını daşıyan Mərkəzdə Zərifə xanım Əliyevanın zəngin elmi irsinin davam etdirildiyini, dərin elmi araşdırmalar aparıldığını diqqətə çatdırıb. Görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.

Tədbir mənalı ömür yolunu oftalmologiya elminə, xalqına həsr etmiş  görkəmli alim Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən bəhs edən çıxışlarla davam edib.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər