Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

Miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edilir

Miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edilir

Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir.

Bu barədə "tehsilmedia.info"a Dövlət İmtahan Mətkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı 2023-cü il oktyabr ayının 16-dan noyabr ayının 24-dək aparılacaqdır.

Vakant vəzifələr:

Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 3 yer (inspektor)

Gəncə regional miqrasiya idarəsi – 1 yer (inspektor)

Lənkəran regional miqrasiya idarəsi – 1 yer (inspektor)

Xaçmaz regional miqrasiya idarəsi – 1 yer (inspektor)

Ağsu regional miqrasiya idarəsi – 1 yer (inspektor)

Şirvan regional miqrasiya idarəsi – 1 yer (inspektor)

Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 1 yer (inspektor-psixoloq).

Vakant vəzifələr haqqında məlumat, vəzifələrin tutulma şərtləri və s. DİM-in saytında yerləşdirilib.

Namizədlər qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi dekabrın 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Bu mərhələdə namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 10, Azərbaycan tarixi üzrə 10, kompüter bilikləri üzrə 10, məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, cəmi 100 test tapşırığı təqdim olunacaq. Hər test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə buraxılırlar.

İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq.

Namizədin imtahana daha səmərəli hazırlaşmaları üçün test imtahanı proqramı və ədəbiyyat siyahısı DİM-in saytında yerləşdirilib.

İmtahanda iştirak etmək istəyən namizədin DİM-in saytında “Şəxsi kabinet”I olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 82 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet saytında miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə də öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan, iştirakçıların sayı, nəzərə alınaraq kağız daşıyıcılar vasitəsilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqəsində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir. Buraxılış vərəqəsi imtahan tarixindən 3-5 gün əvvəl DİM-in saytına yerləşdirilir.

Aşağıda qeyd edilən kateqoriyaya aid şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər və onlarla yalnız söhbət aparılır:

-Prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;

-Digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;

-Hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Test imtahanından azad edilən şəxslər sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti (olduğu təqdirdə), 2 (iki) ədəd fotoşəkil (3x4 sm ölçüdə) oktyabrın 16-dan noyabrın 24-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu,3123-cü məhəllə, Binəqədi şosesi 202) şəxsən təqdim etməlidirlər.

Əlaqə nömrəsi: (012) 562-53-01

Oxşar xəbərlər

Bütün xəbərlər