Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

BMU-nun rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - FOTO

BMU-nun rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - FOTO

2023/2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olan tələbələrlə görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, görüşdə rektor Yaqub Piriyev ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Hazırda icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramları (İDP) əsasında yeni nəsil mütəxəssislərin yetişdirildiyini deyən rektor BMU-nun ölkədə bu proqramı icra edən əsas 3 universitetdən biri olduğunu diqqətə çatdırıb. Eyni zamanda, universitetə yüksək nəticələrlə qəbul olan tələbələrin BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramına üstünlük verdiyini söyləyib.

Ümumilikdə qəbul imtahanlarında yüksək nəticə göstərən 176 nəfərin BMU-nu seçdiyini qeyd edən ali təhsil ocağının rəhbəri onlardan 46 nəfərinin 600-dən yuxarı bal topladığını bildirib.

BMU-nun “QS Avropa Universitetləri Reytinqləri 2024” cədvəlində Azərbaycan üzrə yer alan 7 universitetdən biri olduğunu fikirlərinə əlavə edən rektor ali məktəbdə elmi-tədqiqat istiqamətinin gücləndirilməsi, bütün pillələr üzrə təhsilin keyfiyyətinin daha da artırılmasına yönələn gələcək tədbir və yeniliklərdən söz açıb. Tələbələrin fərdi inkişafında müxtəlif tədris və tələbə mübadilə proqramlarının rolundan da danışan Yaqub Piriyev onları bu proqramlarda fəal iştirak etməyə çağırıb.

Sonra tələbələrin informasiya texnologiyaları və mühəndislik startaplarının yaradılması, müxtəlif profilli yarışlara maraq və bu tədbirlərdə iştirakın təmin edilməsi, tələbə təqaüdləri və s. məsələlərlə bağlı rəy və təklifləri dinlənilib, həmçinin onları maraqlandıran suallara aydınlıq gətirilib.

Səsləndirilən fikir və rəylərin, edilən müraciətlərin diqqətdə saxlanılacağını qeyd edən rektor innovativ təşəbbüs və ideyaların hər zaman müsbət qarşılandığını, bunun üçün tələbələrə lazımi dəstəyin veriləcəyini vurğulayıb.

Əmək bazarında yüksək tələbat duyulan peşəkar mütəxəssis və ixtisaslı kadr kimi yetişmək, bu istiqamətdə daim özünü inkişaf etdirməklə bağlı zəruri tövsiyə və məsləhətlərini paylaşan Yaqub Piriyev tələbələri dinləməyə hər zaman hazır olduğunu bildirib, eyni zamanda onlara tədris nailiyyətləri, uğurlar arzulayıb.

BMU-nun rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - FOTO

BMU-nun rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər