Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Rektor Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Rektor Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

tehsilmedia.info xəbər verir ki, ADU-nun rektoru akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Serbiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Bu əlaqələr özünü siyasi, iqtisadi, mədəni və elmi sahələrdə göstərir:

“Bizim üçün böyük şərəfdir ki, Serbiya kimi dost ölkənin Parlament rəhbərliyini universitetimizdə qəbul edirik. Siz Serbiyadan bizə gələn ikinci yüksək dərəcəli rəhbərsiniz. Vaxtilə bizim universitetimizdə Serbiyanın prezidenti cənab Aleksandar Vuçiç də qonaq olub. Bu münasibətlə və onun iştirakı ilə universitetimizdə Serb dili və mədəniyyəti mərkəzinin açılış mərasimi də keçirilmişdi. Eyni zamanda cənab prezident Vuçiçin dəvəti ilə biz Belqrad Dövlət Universitetində qonaq olduq və orada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılış mərasimində iştirak etdik. Həmin mərkəz bu gün də fəaliyyət göstərir, buna görə də cənab prezident Vuçiçə və sizə öz təşəkkürümüzü bildiririk. Cənab səfirə də öz təşəkkürümüzü bildiririk ki, həmin mərkəzin fəaliyyəti ilə yaxından maraqlanır.

Biz əlimizdən gələni etməyə hazırıq ki, liderlərimizin siyasi, mədəni münasibətləri, xalqlarımız arasında olan, dövlətlərimiz arasında olan, gənclərimiz arasında olan bu ünsiyyət, bu münasibət daha da inkişaf etsin”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən qonaq öz təəssüratlarını bölüşüb. Bildirilib ki, görülən işlər olduqca diqqətə və təqdirəlayiq işlərdir:

“Bir ölkənin gələcəyini müəyyən edən gənclərlə işləmək, onları formalaşdırmaq çox məsuliyyətli və şərəfli bir işdir. Bu sahədə sizin gördüyünüz işlər xüsusi hörmətə layiqdir. İki ölkə arasında olan münasibətlərin inkişafında hər iki ölkə rəhbərliyinin xüsusi əməyi və töhfəsi vardır. ADU-da fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzi də bizim üçün çox əlamətdar və mühüm bir dəyərə malikdir. İnanıram ki, bu mərkəzlərin fəaliyyəti ölkələrimiz arasında olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verəcəkdir”.

Görüşdə gələcək elmi-mədəni əlaqələrin yeni istiqamətləri, müəllim-tələbə mübadiləsinin imkanları müzakirə olunub.

Daha sonra Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç ADU-nun Serb dili və mədəniyyəti mərkəzində olub, tələbələrlə görüşüb, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Oxşar xəbərlər

Bütün xəbərlər